Qaynar xətt:

(+99450) 247 90 86

Kombi və qızdırıcılara görə sərt qaydalar gəlir - VİDEO 

Kombi və qızdırıcılara görə sərt qaydalar gəlir - VİDEO 

CƏMİYYƏT

161

04.11.2026, 00:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin diqqətinə, noyabrın 6-dan etibarən təhlükəsizliyə dair yeni tələblər tətbiq olunacaq.

Oxu24.com  xəbər verir ki, yeni tələbə əsasən, tüstü bacası və ya sorucu avadanlığı olmayan isidici və suqızdırıcılarda xüsusi sensordan istifadə məcburi olur.

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirir ki, bəzi təməl təhlükəsizlik qaydaları - məsələn, qaz xətlərinin hermetik olması, yanmamış qazın yığılmasının qarşısının alınması və yanma məhsullarının məkana sızmaması tələbləri əvvəllər də var idi. Lakin yeni reqlamentlə bu qaydalar hüquqi və texniki baxımdan məcburi standart şəklinə salınır və istehsalçılar, idxalçılar, eləcə də xidmət göstərən qurumlar üçün sərt öhdəliklər müəyyən edilir.

 Noyabrın 6-dan etibarən bazara çıxarılan, idxal olunan və ya quraşdırılan hər bir qaz cihazı da yalnız bu yüksək təhlükəsizlik standartlarına cavab verdiyi halda istismara buraxılacaq. Bu standartların tətbiqi, ilk növbədə, evdə baş verə biləcək bədbəxt hadisələrin və dəm qazı zəhərlənmələrinin qarşısını almaq üçün həyata keçirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.