Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Qərar qəbul edildi: Bu ölkə Ukraynaya döyüşməyə qüvvə göndərir

SON DƏQİQƏ! Qərar qəbul edildi: Bu ölkə Ukraynaya döyüşməyə qüvvə göndərir

SON DƏQİQƏ

2152

28.02.2022, 15:23

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Latviya parlamenti vətəndaşlara Ukraynada Rusiyaya qarşı döyüşməyə icazə verdi.

Bundan sonra latviyalılar Ukrayna tərəfində döyüş əməliyyatlarında iştirak edə biləcəklər.

Oxu24.com  “Delphi”yə istinadən xəbər verir ki, Latviya Seymi (parlament) ölkə vətəndaşlarına Ukrayna uğrunda döyüşməyə icazə verib .

Latviya parlamenti fevralın 28-də milli təhlükəsizlik haqqında qanuna Latviya vətəndaşlarının Ukraynada xidmət keçməsinə icazəni nəzərdə tutan düzəlişləri yekdilliklə qəbul edib.

Ukraynanın müstəqilliyini müdafiə etmək istəyən Latviya vətəndaşları Milli Silahlı Qüvvələrin Ehtiyat Qeydiyyatı İdarəsində qeydiyyatdan keçməlidirlər.

Bu günə qədər qanun latviyalıların xarici qoşunlarda və ya başqa dövlətlərin ərazilərində xidmət etməyi qadağan edirdi.(ölkə.az)

SON DƏQİQƏ! Rusiyanı dəhşətə gətirəcək video yayıldı: Milyonluq itki var