Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
725
28.02.2022, 12:40
Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən üzərlərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxslərə qarşı əməliyyatlar həyata keçirilib.
Bu barədə Oxu24.com-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Daxil olan əməliyyat məlumatı əsasında Baş İdarə əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Bərdə rayon sakini rayon sakini Razi Süleymanov saxlanılıb.
Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd xüsusi kustar üsulla qələm-tapança formasında hazırlanan atəş üçün yararlı odlu silah, həmin silaha məxsus 3 ədəd patron və 4 qram psixotrop maddə metamfetamin aşkar edilib.
Baş İdarə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zaman isə üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirməkdə şübhəli bilinən daha bir nəfər - Kürdəmir rayon sakini Zaur Kərimov da tutulub.
Onun üzərinə baxış zamanı 1 ədəd “Naqan” markalı atəşə yararlı tapança, həmin silaha məxsus 7 ədəd patron aşkar edilib.
Qeyd olunan faktlarla əlaqədar saxlanılanların hər biri barəsində Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.
Saxlanılanların cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
01:07 / 04 Noyabr 2026
67
00:56 / 04 Noyabr 2026
95
00:38 / 04 Noyabr 2026
166
00:30 / 04 Noyabr 2026
89
00:29 / 04 Noyabr 2026
124
00:18 / 04 Noyabr 2026
151
00:11 / 04 Noyabr 2026
90
00:10 / 04 Noyabr 2026
175
23:58 / 03 Noyabr 2026
216
23:58 / 03 Noyabr 2026
3421
23:50 / 03 Noyabr 2026
140
23:40 / 03 Noyabr 2026
129
23:34 / 03 Noyabr 2026
138
23:04 / 03 Noyabr 2026
303
22:59 / 03 Noyabr 2026
86
22:52 / 03 Noyabr 2026
118
22:48 / 03 Noyabr 2026
96
22:45 / 03 Noyabr 2026
118
22:33 / 03 Noyabr 2026
134
22:30 / 03 Noyabr 2026
157
22:29 / 03 Noyabr 2026
229
22:25 / 03 Noyabr 2026
97
22:21 / 03 Noyabr 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.