Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
881
27.02.2022, 18:58
Bu gün səhər saatlarında Xarkova soxulan Rusiya işğalçı qüvvələri cəmi bir neçə saat ərzində Ukrayna Silahlı Qüvvələrinin və ərazi özünümüdafiə dəstələrinin qüvvələri tərəfindən darmadağın edilib. “Tiqr” yüngül zirehli transportyorlarının və digər texnikanın dəstəyi ilə şəhərə daxil olan elit Rusiya bölmələri ilə küçə döyüşlərinə girən ukraynalı döyüşçülər onları böyük itkilərə məruz qoyublar və tamamilə geri oturdublar.
Oxu24/com xəbər verir ki, bu haqda hazırda Xarkovda olan jurnalist, haqqin.az və virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayev bildirir.
“Hazırda şəhərin küçələrində Rusiya ordusunun məhv edilmiş xeyli hərbi texnikası var, onlar pərən-pərən salındılar və geri qaçmalı oldular. Ukrayna ordusu çox şücaətlə döyüşür, yeni nəsil müharibə taktikası tətbiq edir”, - E.Fətullayev bildirib.
Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequb da özünün Telegram-kanalında şəhərin işğalçılardan tamamilə təmizləndiyini, hazırda təmizləmə getdiyini yazıb. Onun sözlərinə görə, şəhəri işğalçılardan Ukrayna Silahlı Qüvvələri, Milli Qvardiya və ərazi özünü müdafiə dəstələri təmizləyir.
“Düşmən tamamilə demoralizə edilib. Bilavasitə Xarkovda, yolun ortasında öz hərbi texnikalarını atıb qaçıblar, Ukrayna qoşunlarına 5-10 nəfərlik qruplar halında təlim olublar. Hətta bir Ukrayna döyüşçüsü görəndə belə təslim olurlar”, - vilayət rəhbəri bildirib.
Sinequb bildirib ki, hazırda düşmən Lipetsk, Volçansk və Belqorod istiqamətlərində hücuma cəhd edir. “Rusiya texnikasının ayrı-ayrı kalonlar şəklində hərəkətini qeydə alırıq. Ukrayna Silahlı Qüvvələri öz mövqelərindədir və fəal mübarizə aparırlar”, - o deyib.
05:10 / 04 Noyabr 2026
11
01:45 / 04 Noyabr 2026
140
01:07 / 04 Noyabr 2026
196
00:56 / 04 Noyabr 2026
239
00:38 / 04 Noyabr 2026
307
00:30 / 04 Noyabr 2026
157
00:29 / 04 Noyabr 2026
180
00:18 / 04 Noyabr 2026
250
00:11 / 04 Noyabr 2026
163
00:10 / 04 Noyabr 2026
269
23:58 / 03 Noyabr 2026
434
23:58 / 03 Noyabr 2026
3519
23:50 / 03 Noyabr 2026
211
23:40 / 03 Noyabr 2026
170
23:34 / 03 Noyabr 2026
251
23:04 / 03 Noyabr 2026
405
22:59 / 03 Noyabr 2026
129
22:52 / 03 Noyabr 2026
164
22:48 / 03 Noyabr 2026
130
22:45 / 03 Noyabr 2026
191
22:33 / 03 Noyabr 2026
167
22:30 / 03 Noyabr 2026
257
22:29 / 03 Noyabr 2026
291
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.