Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
660
24.02.2022, 15:18
“Biz Rusiyanın Ukraynaya tamamilə əsassız dəhşətli hücumunu ən kəskin şəkildə pisləyirik. Düşüncələrimiz bütün ölənlərin və yaralananların, Ukrayna xalqının yanındadır. Biz Belarusu da bu hücuma icazə verdiyinə görə qınayırıq”.
Bu barədə NATO-nun Rusiyanın Ukraynaya hücumuna dair bəyanatında qeyd olunub.
“Bu, yeni hücum beynəlxalq hüququn, o cümlədən BMT Nizamnaməsinin kobud şəkildə pozulmasıdır və Rusiyanın Helsinki Yekun Aktı, Paris Xartiyası, Budapeşt Memorandumu və Rusiya-NATO-nun təsis aktından irəli gələn öhdəliklərinə tamamilə ziddir. Bu, müstəqil dinc ölkəyə qarşı təcavüz aktıdır.
Biz Ukrayna xalqını və onun qanuni, demokratik yolla seçilmiş Prezidentini, parlamentini və hökumətini dəstəkləyirik. Biz həmişə Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri, o cümlədən akvatoriyası daxilində ərazi bütövlüyünü və suverenliyini tam dəstəkləyəcəyik.
Biz Rusiyanı hərbi əməliyyatları dərhal dayandırmağa və bütün qüvvələrini Ukrayna və onun ətrafından çıxarmağa, beynəlxalq humanitar hüquqa tam əməl etməyə, ehtiyacı olanların hamısına təhlükəsiz və maneəsiz humanitar çıxış və yardım göstərməyə çağırırıq.
Biz Rusiyanın Ukraynanın şərqindəki separatçı bölgələri tanımaq qərarını qətiyyətlə pisləyirik. Bu, Ukraynanın suverenliyini və ərazi bütövlüyünü daha da pozur, həmçinin Rusiyanın imzaladığı Minsk razılaşmalarına ziddir. Müttəfiqlər bu qeyri-qanuni tanınmanı heç vaxt qəbul etməyəcəklər.
Biz Rusiyanı zorakılıq və təcavüz yolundan dönməyə çağırırıq. Rusiya liderləri öz hərəkətlərinin nəticələrinə görə tam məsuliyyət daşımalıdırlar. Rusiya çox böyük iqtisadi və siyasi əvəz ödəyəcək. NATO müvafiq maraqlı tərəflər və digər beynəlxalq təşkilatlar, o cümlədən Aİ ilə sıx koordinasiyanı davam etdirəcək.
Bütün bu böhran ərzində NATO, müttəfiqlər və tərəfdaşlarımız Rusiya ilə diplomatiya və dialoqu, o cümlədən ən yüksək səviyyədə davam etdirmək üçün bütün səylərini göstərib və Avro-Atlantik regionun bütün ölkələrinin təhlükəsizliyini gücləndirmək üçün bir çox mühüm təkliflər irəli sürüblər. Biz dəfələrlə Rusiyanı Rusiya-NATO Şurasında danışıqlara dəvət etmişik. Rusiya hələ də qarşılıq verməyib. Rusiya, məhz Rusiya eskalasiya yolunu seçib.
Rusiyanın hərəkətləri Avro-Atlantik təhlükəsizliyə ciddi təhdid yaradır və geostrateji təsirləri olacaq. NATO bütün müttəfiqlərin təhlükəsizliyini və müdafiəsini təmin etmək üçün bütün lazımi tədbirləri görməyə davam edəcək. Biz Alyansın şərq hissəsində əlavə müdafiə quru və hava qüvvələrini, eləcə də əlavə dəniz qüvvələrini yerləşdiririk. Biz bütün gözlənilməz hallara cavab vermək üçün qüvvələrimizin hazırlığını artırmışıq.
Bu gün biz Vaşinqton müqaviləsinin 4-cü maddəsi üzrə məsləhətləşmələr apardıq. Biz bütün müttəfiqləri qorumaq üçün müdafiə planımıza uyğun olaraq Alyans daxilində çəkindirmə və müdafiəni daha da gücləndirmək üçün əlavə addımlar atmağa qərar verdik. Tədbirlərimiz qabaqlayıcı, mütənasibdir və deeskalasiya xarakteri daşıyır.
Vaşinqton müqaviləsinin 5-ci maddəsinə sadiqliyimiz sarsılmazdır. Biz bir-birimizi qorumaq üçün birləşmişik", - bəyanatda qeyd olunub.//“Report”
16:58 / 04 Noyabr 2026
2
16:54 / 04 Noyabr 2026
49
16:49 / 04 Noyabr 2026
42
16:34 / 04 Noyabr 2026
212
16:32 / 04 Noyabr 2026
52
16:22 / 04 Noyabr 2026
81
16:21 / 04 Noyabr 2026
89
16:20 / 04 Noyabr 2026
76
16:19 / 04 Noyabr 2026
81
16:13 / 04 Noyabr 2026
78
16:12 / 04 Noyabr 2026
138
16:10 / 04 Noyabr 2026
101
16:04 / 04 Noyabr 2026
140
16:03 / 04 Noyabr 2026
80
15:43 / 04 Noyabr 2026
103
15:33 / 04 Noyabr 2026
1417
15:00 / 04 Noyabr 2026
130
14:58 / 04 Noyabr 2026
843
14:57 / 04 Noyabr 2026
97
14:48 / 04 Noyabr 2026
329
14:40 / 04 Noyabr 2026
238
14:34 / 04 Noyabr 2026
109
14:20 / 04 Noyabr 2026
325
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.