Hesablama Palatası "Büdcə sistemi haqqında" qanunun dəyişdirilməsini təklif edir
04 Noyabr 2026, 13:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
187
04.11.2026, 12:44
Yeni səhiyyə naziri Anar Bayramov ciddi kadr dəyişikliklərinə hazırlaşır.
Oxu24.com xəbər verir ki,“Bakupost”un əldə etdiyi məlumata görə, səhiyyə nazirinin dörd müavinindən üçünün vəzifədən azad ediləcəyi gözlənilir.
Bunlar İlqar Qasımov, Rasim İsmayılov və Rüfət Hacıəlibəyovdur. Yalnız Nadir Zeynalovun öz vəzifəsində qalacağı bildirilir.
Vəzifədən ayrılması gözlənilən müavinlərdən İlqar Qasımov və Rasim İsmayılov 2022-ci ilin fevralında, sabiq nazir Teymur Musayevin dövründə təyin olunublar. Rüfət Hacıəlibəyov isə bu ilin iyulunda nazir müavini vəzifəsinə gətirilib.
Adları qalmaqallarda çəkilən müavinlər
Vəzifədən göndəriləcəyi bildirilən müavinlərdən İlqar Qasımovun adı son illər səhiyyə sistemində bir sıra mübahisəli məsələlərdə gündəmə gəlib.
Xüsusilə plastik cərrahların sertifikatlaşdırılması ilə bağlı qalmaqalda onun imzası olan sənədlər ətrafında suallar yaranıb. Sertifikatların verilməsi proseduru və bu prosesdə vəzifəli şəxslərin rolu mediada müzakirələrə səbəb olub.
İlqar Qasımovun adı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundakı idarəçiliklə bağlı məhkəmə mübahisəsində də çəkilib.
Digər müavin Rüfət Hacıəlibəyovun adı isə Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin sabiq rəisi Mehdi Əmrahovun cinayət işi üzrə məhkəmə prosesində hallanıb.
Xatırladaq ki, Mehdi Əmrahov xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında ittiham olunur.
Məhkəmədə Əmrahov iddia edib ki, idarə əməkdaşlarının evdən işləməsindən həmin vaxt qurumun kuratoru olan Rüfət Hacıəlibəyovun xəbəri olub. Onun sözlərinə görə, bununla bağlı yazılı əmr verilməsə də, məsələ səhiyyə nazirinə məruzə edilib və şifahi razılıq alınıb.
Lakin dövlət ittihamçısı bildirib ki, 2025-ci ildə idarədə yoxlamaların başlanmasının və iddia olunan yeyintilərin üzə çıxmasının təşəbbüskarı məhz Rüfət Hacıəlibəyov olub.
Vəzifədən ayrılması gözlənilən üçüncü müavin Rasim İsmayılov isə səhiyyə sisteminə bank-maliyyə sektorundan gəlib. O, əvvəllər “Muğanbank”da rəhbər vəzifədə, daha sonra Dövlət Vergi Xidmətində çalışıb.
Beləliklə, gözlənilən dəyişikliklər reallaşarsa, Səhiyyə Nazirliyinin mövcud müavin korpusunun böyük hissəsi yenilənəcək.
Qeyd edək ki, nazir müavinləri Prezidentin sərəncamı ilə vəzifəyə təyin və vəzifədən azad edilirlər. Hələlik gözlənilən dəyişikliklərlə bağlı rəsmi qərar açıqlanmayıb.
13:24 / 04 Noyabr 2026
1
13:22 / 04 Noyabr 2026
13
13:05 / 04 Noyabr 2026
247
13:05 / 04 Noyabr 2026
43
12:52 / 04 Noyabr 2026
144
12:49 / 04 Noyabr 2026
135
12:37 / 04 Noyabr 2026
78
12:35 / 04 Noyabr 2026
81
12:29 / 04 Noyabr 2026
185
12:27 / 04 Noyabr 2026
113
12:23 / 04 Noyabr 2026
70
12:19 / 04 Noyabr 2026
74
12:10 / 04 Noyabr 2026
325
12:00 / 04 Noyabr 2026
105
11:52 / 04 Noyabr 2026
515
11:48 / 04 Noyabr 2026
206
11:39 / 04 Noyabr 2026
122
11:32 / 04 Noyabr 2026
119
11:25 / 04 Noyabr 2026
105
11:18 / 04 Noyabr 2026
454
11:14 / 04 Noyabr 2026
296
11:10 / 04 Noyabr 2026
99
11:06 / 04 Noyabr 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.