Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
1106
10.08.2021, 10:54
Qanunazidd əməlləri ilə ölkəmizdə keçirilən ekoloji sağlamlığın yaxşılaşdırılmasına və ətraf mühitin mühafizəsinə yönələn genişmiqyaslı tədbirlərə kölgə salan vəzifəli şəxslərə qarşı ardıcıl və təxirəsalınmaz mübarizə tədbirləri davam etdirilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən Oxu24.com- a verilən məlumata görə, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində qanunsuz olaraq ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan materiallar əsasında Baş prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Aparılmış araşdırmalarla Mərdəkan qəsəbəsi, M.Hüseynov küçəsi 20 ünvanında vəzifəli şəxslər tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə meşə fonduna daxil olmayan 13 ədəd şam, 6 ədəd sərv, 1 ədəd qaraağac, 5 ədəd ayland, 14 ədəd söyüd ağaclarının, cəmi 39 ədəd ağacın qanunsuz kəsilməsinə, bununla da fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, cəmiyyət və dövlətin qanunla qorunan mənafelərinə 40 min 320 manat məbləğində mühüm zərərin vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 259.2.4 (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmış və istintaqın aparılması İstintaq idarəsinə tapşırılıb.
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində istintaq tədbirləri davam etdirilir.
12:29 / 11 Noyabr 2026
1
12:24 / 11 Noyabr 2026
14
12:19 / 11 Noyabr 2026
37
12:15 / 11 Noyabr 2026
55
12:09 / 11 Noyabr 2026
55
11:57 / 11 Noyabr 2026
355
11:50 / 11 Noyabr 2026
95
11:49 / 11 Noyabr 2026
108
11:43 / 11 Noyabr 2026
358
11:34 / 11 Noyabr 2026
80
11:32 / 11 Noyabr 2026
132
11:28 / 11 Noyabr 2026
133
11:16 / 11 Noyabr 2026
310
11:13 / 11 Noyabr 2026
81
11:11 / 11 Noyabr 2026
117
11:06 / 11 Noyabr 2026
99
10:56 / 11 Noyabr 2026
406
10:51 / 11 Noyabr 2026
108
10:45 / 11 Noyabr 2026
114
10:33 / 11 Noyabr 2026
104
10:19 / 11 Noyabr 2026
102
10:13 / 11 Noyabr 2026
101
10:10 / 11 Noyabr 2026
102
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.