Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) əməkdaşı Səmədli Cəfər Qurban oğlu vəfat edib.
Bu barədə DƏMX məlumat yayıb.
Qurum əməkdaşı uzun sürən xəstəlikdən sonra 33 yaşında dünyasını dəyişib.
O, 2013-cü ildən etibarən Xidmətdə çalışıb.
Əvvəlcə Xidmətin 6 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin, 2019-cu ilin dekabr ayından etibarən isə Xidmətin Bakı Şəhər İdarəsində baş məsləhətçi-baş əmək müfəttişi işləyib.
Oxu24.com
ŞƏRHLƏR