Qaynar xətt:

(+99450) 247 90 86

"BMW markalı avtomobil “Kamaz”ın altına girib" - Aslanın ölümünün təfərrüatı

\\\"BMW markalı avtomobil “Kamaz”ın altına girib\\\" - Aslanın ölümünün təfərrüatı

SON DƏQİQƏ

2146

04.05.2021, 15:33

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Xəbər verdiyimiz kimi müğənni Aslan Hüseynov yol qəzasında dünyasını dəyişib.
AZXEBER.COM xəbər verir ki, müğənni İbrahim Borçalı ARB TV-nin canlı efirinə qoşularaq Aslan Hüseynovun ölümü haqda danışıb: "Mən də ora gedirəm. Bacıları, yoldaşı oradadır. Deyilənə görə maşın Qaradağ ərazisində "Kamaz”-ın altına girib. Maşında köməkçisi də olub. Hər ikisi dünyasını dəyişib".
Qeyd edək ki, Bakı-Qazax yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenatı Namidan Piriyev bildirib ki, hadisə yolun 60-cı km-də qeydə alınıb: "Belə ki, müğənni Aslan Hüseynova məxsus BMW markalı avtomobil qəzaya düşüb. Nəticədə avtomobilin sürücüsü Məhəmməd Vəliyev və avtomobildəki digər sərnişin Aslan Hüseynov vəfat edib".