Qaynar xətt:

(+99450) 247 90 86

Son dəqiqə! Məşhur generallar işdən çıxarıldı

Son dəqiqə! Məşhur generallar işdən çıxarıldı

SON DƏQİQƏ

1873

14.11.2020, 15:13

Daxili İşlər Nazirliyində (DİN) kadr dəyişikliyi olub.
Oxu24.com xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov vəzifəsindən azad edilib.
V.Eyvazovun digər əmri ilə o, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin olunub. Bakı Şəhər Baş Polis İdarəsinə hələlik rəis təyinatı olmayıb. Qeyd edək ki, M.Seyidova 2009-cu ildə polis general-mayoru ali xüsusi rütbəsi verilib. O, 2014-cü ilin noyabr ayında Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunub