Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Rusiya və Türkiyə Qarabağla bağlı müzakirəni bu gün bitirəcək

SON DƏQİQƏ! Rusiya və Türkiyə Qarabağla bağlı müzakirəni bu gün bitirəcək

SON DƏQİQƏ

994

14.11.2020, 12:03

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya və Türkiyə nümayəndələri noyabrın 14-də Ankarada Dağlıq Qarabağda Birgə Monitorinq Mərkəzinin yaradılması ilə bağlı danışıqları davam etdirəcək.

Oxu24.com -un  məlumatına görə, bu barədə "Anadolu" agentliyi Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir.

"Rusiyanın nümayəndə heyəti ilə Dağlıq Qarabağda Birgə Monitorinq Mərkəzi ilə bağlı danışıqlar bu gün də davam etdiriləcək", - "Anadolu" agentliyi Türkiyənin Milli Müdafiə Nazirliyindən sitat gətirir.

Xatırladaq ki, Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək məqsədilə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin yaradılmasına dair memorandum çərşənbə günü, Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Türkiyənin milli müdafiə naziri Hulusi Akar arasında onlayn formatda keçirilən görüşdən sonra imzalanıb.