Qaynar xətt:

(+99450) 247 90 86

MN: Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub

MN: Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub

SON DƏQİQƏ

529

04.11.2020, 10:11

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.
Oxu24.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib. "Noyabrın 4-ü saat 01:08-dən 08:10-dək Ermənistanın Berd rayonu istiqamətindən Azərbaycanın Tovuz və Ağstafa rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən ara-sıra atəşə tutulub", - məlumatda qeyd olunub.