Qaynar xətt:

(+99450) 247 90 86

Düşmən Tərtər və Ağcabədi rayonlarının ərazisini atəşə tutur

Düşmən Tərtər və Ağcabədi rayonlarının ərazisini atəşə tutur

SON DƏQİQƏ

499

04.11.2020, 09:32

Noyabrın 4-ü saat 08.05-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Hüsənli və Qazyan kəndlərini, eləcə də Ağcabədi rayonunun Hacılar, Qaraxanlı və Boyat kəndlərini ara-sıra artilleriya atəşinə tutur.
Bu barədə Oxu24.com-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. Azərbaycan Ordusunun bölmələri adekvat cavab tədbirləri görür.