Qaynar xətt:

(+99450) 247 90 86

MN: Zəngilan istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu məhv edilib

MN: Zəngilan istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu məhv edilib

SON DƏQİQƏ

1182

03.11.2020, 13:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Noyabrın 2-də Azərbaycan Respublikasının Zəngilan rayonu istiqamətində Ermənistan ilə dövlət sərhədində düşmənin növbəti təxribatının qarşısı alınıb.
Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, Ermənistan ərazisindən bölmələrimizə hücum edərək dövlət sərhədindəki əlverişli yüksəklikləri ələ keçirməyə cəhd edən düşmənin kəşfiyyat-diversiya qrupu zərərsizləşdirilib. Düşmən döyüş itkilərini və silah-sursatlarını ərazidə ataraq geri qaçmağa məcbur edilib.