Qaynar xətt:

(+99450) 247 90 86

Ermənilər Daşkəsəni atəşə tutub, meşəlik ərazidə yanğın olub

Ermənilər Daşkəsəni atəşə tutub, meşəlik ərazidə yanğın olub

SON DƏQİQƏ

869

03.11.2020, 10:23

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ermənistan silahlı qüvvələrinin ağır artilleriya qurğularından Daşkəsən rayonunun ərazisini atəşə tutması nəticəsində meşəlik ərazidə yanğın olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, yanğın 5 hektardan çox ərazini əhatə edib. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub
Dağlıq ərazidə olan meşədə baş vermiş yanğın bir neçə saatdan sonra söndürülüb. Xatırladaq ki, düşmən bir neçə gün öncə də Daşkəsəni ağır artilleriya atəşinə tutması nəticəsində Zivlən kəndində ki, meşəlik ərazisində də yanğın olub.