Azərbaycan Ordusu bütün beynəlxalq normalara tam olaraq əməl edir.
Oxu24.com xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.
Onun sözlərinə görə, düşmənin aldığı itkilər verərək, geri çəkilir. Ağdərə, Xocavənd istiqamətlərində döyüşlər davam edir:
"Təssüf ki düşmən elan olunan humanitar atəşkəslərdən sui-istifadə edərək mövqelərimizə hücum etməyə cəhd edib. Lakin düşmən itki verərək geri çəkiliblər".
Düşmən döyüş meydanında Azərbaycan Ordusuna cavab verə bilmədiyinə görə, yaşayış məntəqlərimizi atəşə tutur.
Oxu24.com
ŞƏRHLƏR