Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
40705
az

Son dəqiqə! Azərbaycan bu sayda erməni meyitini qarşı tərəfə verdi

06:2430 Oktyabr, 2020
703
SON DƏQİQƏ
  • A
AR Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, bu ilin 29 oktyabr tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iştirakı, ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə 30 erməni hərbçisinin meyiti birtərəfli qaydada Azərbaycanın Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində Ermənistan tərəfinə təhvil verilib. Bir gün öncəsində isə döyüş bölgəsində köməksiz buraxılıb gedilən mülki şəxs, 85 yaşlı Yevgeniya Babayan Gürcüstan-Ermənistan sərhədində qarşı tərəfə təhvil verilib. Oxu24.com xəbər verir ki, bu barədə məlumatı XİN-in Mətbuat Xidməti idarəsi yayıb. Bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə və humanizm prinsiplərindən çıxış edərək birtərəfli qaydada atılan bu addımlar, Azərbaycanın xoş niyyətinin, eləcə də beynəlxalq humanitar hüquq və insani dəyərlərə verdiyi dəyərin göstəricisidir. Öz növbəsində Ermənistan tərəfi, erməni mülki şəxs, 84 yaşlı Mişa Melkumyanı son anda təhvil almaqdan imtina edərək növbəti dəfə qeyri-insani davranışını nümayiş etdirib. Vurğulayırıq ki, Ermənistanın bu günədək 3 dəfə elan olunmuş humanitar atəşkəsi kobud şəkildə pozaraq cəsədlərin, eləcə də hər iki tərəfdə saxlanılan şəxslərin mübadiləsinə əngəl törətməsinə baxmayaraq, Azərbaycan birtərəfli qaydada humanitar addımı reallaşdırıb. Azərbaycan tərəfinin bu humanitar addımının həyata keçirilməsində Rusiya Federasiyasının Müdafiə Nazirliyi müstəsna rol oynayıb. Humanizm prinsipləri hər zaman olduğu kimi, bundan sonra da tərəfimizdən əsas götürüləcək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yeni icra başçısı kimdir?- DOSYE
TƏCİLİ! Bakıda bina yanır
Ağadadaş Ağayev məhkəməyə gəlmədi- Həbsi tələb edildi

Qeyri-adi canlı: Erkəkləri bala doğan dənizatları — VİDEO

18+

İntim əlaqədə olublarmış— Bakıdakı cinayətin təfərrüatı
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Saxta sağlamlıq arayışlarının verilməsinin hansı nəticələri ola bilər?- AÇIQLAMA
Əziz Seyidov təqaüdə göndərildi- Foto