Qaynar xətt:

(+99450) 247 90 86

Təcili: Ermənistan Milli Təhlükəsizlik Xidməti Əks Kəşfiyyat Departamentinin rəhbəri işdən çıxarılıb

Təcili: Ermənistan Milli Təhlükəsizlik Xidməti Əks Kəşfiyyat Departamentinin rəhbəri işdən çıxarılıb

SON DƏQİQƏ

555

27.10.2020, 16:13

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) Əks Kəşfiyyat Departamentinin rəhbəri, general-mayor Ovanes Karumyan vəzifəsindən azad edilib.
APA-nın məlumatına görə, O. Karumyanın işdən çıxarılmasının səbəbi açıqlanmır. Qeyd edək ki, oktyabrın 26-da Ermənistan MTX Sərhəd Qoşunlarının Komandanı Vahinak Sarkisyan da işdən çıxarılıb.
Oktyabrın 8-də isə MTX direktoru Arqişti Kərəmyan istefaya göndərilmişdi. Qeyd edək ki, bütün bunlar Dağlıq Qarabağda hərbi əməliyyatların gedişi fonunda baş verir.