Qaynar xətt:

(+99450) 247 90 86

Ermənistan mülki əhalinin yaşadığı Goranboyun Meşəli kəndini hədəfə alıb

Ermənistan mülki əhalinin yaşadığı Goranboyun Meşəli kəndini hədəfə alıb

SON DƏQİQƏ

598

25.10.2020, 14:16

"Ermənistan hərbi qüvvələri mülki əhalinin yaşadığı Goranboy rayonunun Meşəli kəndini hədəfə alıb".
APA-nın xəbərinə görə, bu barədə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) məlumat yayıb. Qeyd olunub ki, xüsusi çevik əməliyyat qrupları əraziyə atılan 300 mm 9M525 tipli raketə yerləşdirilmiş 4 ədəd 9N235 bombacıq aşkar edib.
"Bu fakt bir daha sübut edir ki, erməni hərbi qrupları davamlı olaraq mülki şəxslərə qarşı qadağan olunmuş kaset sursatlardan istifadə edirlər", - deyə məlumatda qeyd edilib.