Qaynar xətt:

(+99450) 247 90 86

MN: Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur

MN: Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur

SON DƏQİQƏ

617

22.10.2020, 10:09

Oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub.
Düşmən tərəfindən saat 07.00 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb. Bu barədə Oxu24.com-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub. Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur.