AZAL təcili açıqlama yaydı
19 May 2026, 09:59
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
705
01.09.2020, 12:09
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonu Bala Bəhmənli kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmuş Azərbaycan Respublikası vətəndaşları, Sumqayıt şəhər sakinləri 1985-ci il təvəllüdlü Babayev Cabir Calal oğlu və 1992-ci il təvəllüdlü Şirəlizadə Aqif Ağaseyid oğlu saxlanılıblar.
Saxlanlmış şəxslərin üzərindən 12 kq heroinə və 9 kq 700 qram tiryəkə oxşar narkotikə aşkar edilərək götürülmüşdür. Sərhəd pozucularının narkotik vasitələri Samir və Kazım adlı İran vətəndaşlarından əldə etdikləri məlum olub.
Bununla yanaşı, keçirilmış tədbirlər nəticəsində sərhəd pozucularını qarşılamaq üçün “Daewoo” markalı avtomobillə əraziyə gəlmiş Sumqayıt şəhər sakinləri 1994-cü il təvəllüdlü Ağaseyidli Raqif Vəkalət oğlu və 1997-ci il təvəllüdlü Musayev Tamerlan Telman oğlu şübhəli şəxs qismində saxlanılıblar. Nəqliyyat vasitəsinə baxış keçirilərkən avtomobilin salonunda 0,032 qram metafetaminə oxşar psixotrop maddə aşkar edilib.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


15:19 / 20 May 2026
1
15:16 / 20 May 2026
14
15:01 / 20 May 2026
56
14:57 / 20 May 2026
31
14:55 / 20 May 2026
35
14:40 / 20 May 2026
86
14:36 / 20 May 2026
56
14:30 / 20 May 2026
53
14:26 / 20 May 2026
84
14:01 / 20 May 2026
59
13:52 / 20 May 2026
58
13:45 / 20 May 2026
371
13:44 / 20 May 2026
765
13:27 / 20 May 2026
88
13:23 / 20 May 2026
66
13:20 / 20 May 2026
65
13:13 / 20 May 2026
76
13:11 / 20 May 2026
60
13:05 / 20 May 2026
68
13:02 / 20 May 2026
73
12:58 / 20 May 2026
191
12:52 / 20 May 2026
207
12:50 / 20 May 2026
71
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.