SON DƏQİQƏ! Prokuror qəzaya düşdü
17 Mart 2025, 11:57
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
2799
01.05.2020, 01:25
Hesab edirəm ki, insanlar koronavirusla bağlı tətbiq edilən karantin rejiminin ləğv edilməsinə sevinmək əvəzəinə, özü-öz həkimi olmaq haqqında daha ciddi düşünməlidir.
Aydındır ki, karantin rejimi mayın 4-də bitməyəcək, ola bilsin ki, karantinin şərtləri bir qədər yumşalacaq. Ammma inanmıram ki, mayın 4-dən, məktəb, universitet və ya restoran kimi kütləvi insanların olduğu obyektlər açılacaq.
Bunlar mərhələli formada açılacaq və bu mayın 4-5-də olmayacaq. Hazırda kiçik mağazalar açılıb, amma insanların daha çox müraciət etdiyi mollar bağlıdır. Hesab edirəm ki, bunlar düzgün addımdır. Mayın 4-dən sonra karantinin şərtləri yumşalacaq. Normal həyata dönüş isə aparılan testin nəticələri və statistik göstəricilərdən asılıdır.
Pravda.az-ın xəbərinə görə, bu fikirləri psixololoq Azad İsazadə mayın 4-dən sonra ləğv olunacaq karantin rejimi və Covid-19 pandemiyasının təhlükəsi mövzusunda danışarkən deyib. Mütəxəssis bildirib ki, hazırda virusla bağlı Azərbaycanda təhlükəli statistika yoxdur:
"Amma hər şey ola bilər. Biz gördük ki, aprelin 27-də küçələrə çıxmaq müddəti 1 saat uzadıldı. Hələ karantin rejimi tam başa çatmayıb, amma küçələrə insanlar çoxdur. Bir az yumşalma buna dərhal təsir etdi. Məncə, yoluxma sayında azalma müşahidə olunduqca karantin rejiminin şərtlərində yumşalma olacaq. Ancaq mayın əvvəlində həyatın tam bərpa olunacağı, insanların kütləvi şəkildə bir araya gəlməsi kimi hallar olmayacaq.
Həmçinin oxuyun
Belə düşünüb sevinən insanlar varsa, fikirlərini dərhal dəyişməli və hətta hər şeyiin normal axarında getməsi halında özünü qorumaq haqda düşünməlidir”.
Psixoloq əlavə edib ki, Azərbaycan Covid-19-un ilk dağasının təhlükəsini keçirə bilib:
"Hökumət müəyyən qabaqlayıcı tədbirlər həyata keçirdi, karantin rejimi tətbiq edildi və s. Nəticədə biz birinci dalğanın təhlükəsindən xilas ola bildik. Amma bu o demək deyil ki, ikinci dalğa ola bilməz. Əgər mayın 4-dən sonra hamı küçəyə çıxacaqsa, insanlar kütləvi şəkildə bir yerlərə toplaşacaqlarsa, deməli pandemiyanın ikinci dalğası baş verəcək. Bunu insanlarımız bilməli və indiyə qədər yoluxmama üçün verilən məsləhətlərə bundan sonra da əməl etməlidir. Biz ikinci dalğaya hazır olmalıyıq. Bunun üçün mayın 4-dən sona da bir sıra ənənəvi vərdişlərimizdən birdəfəlik imtina etməliyik.
Məsələn, yaxın 2-3 ayda əllə görüşməyi minimum azaltmalıyıq. Küçədə göüşüb-öpüşmək birmənalı aradan qalxmalıdır. İctimai nəqliyyatda və mağazalarda qoruyucu maskada gəzmək məsləhət görürəm. Həmçinin əl-üzümüzü daima yumaq prosedunu da davam etdirməliyik. Bir sözlə, may gəldi, təhlükə sovuşdu məsələsi yoxdur. İndiyə qədər diqqətli olduğumuz kimi bundan sonra da olmaqda davam etməliyik. Mən insanları işi olmadıqca şəhərə gəzməyə, küçələrə çıxmamağa da dəvət edirəm”.Teleqraf.com
00:53 / 08 May 2026
184
00:49 / 08 May 2026
195
00:47 / 08 May 2026
183
00:37 / 08 May 2026
64
00:31 / 08 May 2026
79
00:25 / 08 May 2026
68
23:52 / 07 May 2026
195
23:27 / 07 May 2026
198
23:07 / 07 May 2026
248
22:49 / 07 May 2026
187
22:46 / 07 May 2026
467
22:39 / 07 May 2026
234
22:33 / 07 May 2026
188
22:10 / 07 May 2026
221
21:54 / 07 May 2026
232
21:43 / 07 May 2026
228
21:29 / 07 May 2026
82
21:16 / 07 May 2026
437
21:05 / 07 May 2026
104
20:54 / 07 May 2026
108
20:43 / 07 May 2026
99
20:40 / 07 May 2026
93
20:26 / 07 May 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.