Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
1283
19.04.2020, 10:18
Son günlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə "Əmək müqaviləsi bildirişi" e-sistemində aktiv əmək müqaviləsi bildirişi olduğu üçün birdəfəlik ödəmə verilməsindən imtina edilən vətəndaşlar tərəfindən müraciətlər daxil olur.
Oxu24.com xəbər verir ki, bununla bağlı suallara aydınlıq gətirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, müraciətlərdə nazirlikdən əmək müqaviləsinə xitam verilməsi xahiş olunur:
"Bir çox hallarda bu bildirişlərin sistemə tanımadıqları işəgötürənlər tərəfindən daxil edildiyi bildirilir. Bununla bağlı bildirirəm ki, əmək qanunvericiliyinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin sistemə daxil edilməsi işəgötürən və ya onun səlahiyyət verdiyi şəxs tərəfindən həyata keçirilməlidir. Yəni bu proses birbaşa işəgötürənin səlahiyyəti daxilindədir.
Dövlət orqanının başqa işəgötürən tərəfindən daxil edilmiş müqaviləyə xitam vermək səlahiyyəti yoxdur. Bu səbəbdən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişlərin sistemə daxil edilməsi üçün işçi ilk olaraq işəgötürənə müraciət etməlidir”.
Nazirlik rəsmisinin sözlərinə görə, qeyd olunan şəxslər e-sosial.az portalından öz əmək müqaviləsi bildirişlərinə baxmaqla həmin bildirişləri e-sistemə daxil edən işəgötürənlər haqqında məlumatları əldə edə bilərlər:
"Həmçinin qeyd etmək istəyirəm ki, işəgötürən vəfat etdiyi halda, vətəndaş işəgötürəni tapa bilmədikdə və ya vətəndaşın hər hansı əmək hüququnun pozulması halı qeydə alındıqda Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edilə bilər”.
22:02 / 26 Oktyabr 2026
1
21:58 / 26 Oktyabr 2026
12
21:53 / 26 Oktyabr 2026
16
21:44 / 26 Oktyabr 2026
34
21:32 / 26 Oktyabr 2026
34
21:30 / 26 Oktyabr 2026
37
21:05 / 26 Oktyabr 2026
608
21:02 / 26 Oktyabr 2026
66
20:56 / 26 Oktyabr 2026
68
20:30 / 26 Oktyabr 2026
73
20:26 / 26 Oktyabr 2026
75
20:17 / 26 Oktyabr 2026
73
20:07 / 26 Oktyabr 2026
92
19:57 / 26 Oktyabr 2026
65
19:43 / 26 Oktyabr 2026
90
19:17 / 26 Oktyabr 2026
76
19:00 / 26 Oktyabr 2026
78
18:47 / 26 Oktyabr 2026
90
18:36 / 26 Oktyabr 2026
107
18:20 / 26 Oktyabr 2026
87
18:10 / 26 Oktyabr 2026
86
17:45 / 26 Oktyabr 2026
189
17:01 / 26 Oktyabr 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.