Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
3910
10.04.2020, 15:26
Günün vacib xəbərini oxu: 15 yaşdan yuxarı uşaqlar 190 manatı belə alacaq
Bu gündən karantin rejimi qaydalarına zidd olan icazələrin portaldan avtomatik rejimdə ləğv edilməsinə başlanılıb.
Oxu24.com xəbər verir ki, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” üzrə qeydə alınmış məlumatların mütəmadi olaraq təhlili aparılıb.
Təhlillər zamanı müəyyən edilib ki, xüsusi karantin rejimi dövründə hüquqi şəxslərin vəzifəli şəxsləri və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər tərəfindən işçilər barədə məlumatlar icaze.e-gov.az portalına daxil edilərkən "Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarının tələblərinin pozulması hallarına yol verilib.
Bu cür hallara yol vermiş hüquqi və fiziki şəxslərdən aprelin 9-dan etibarən icaze.e-gov.az portalından aşağıdakı şəxslərin icazələrinin ləğv edilməsi tələb olunub:
- xidmət və ya əmək müqaviləsi olmayan şəxslərin;
- fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan işçiləri istisna olmaqla, digər işçilərinin;
- yaşı 65-dən yuxarı olan, karantin rejiminində öz yaşayış yerini tərk etməsi ilə bağlı məhdudiyyət qoyulmuş işçilərinin.
Eyni zamanda, hüquqi və fiziki şəxslərdən tələb olunub ki, xüsusi karantin rejimi dövründə fəaliyyətini iş yerindən davam etdirmələri zəruri olan işçilərinin say həddini müəyyən etsinlər və işə gəlməsi vacib olmayan, fəaliyyətini evdən davam etdirən digər işçilərinin icazələrini portaldan silsinlər.
Qeyd olunan tələblərə əməl etməyən hüquqi və fiziki şəxslər barəsində hüquq mühafizə orqanlarına məlumat verilməsinə başlanılıb.
Günün təklif olunan videosu:
21:32 / 26 Oktyabr 2026
5
21:30 / 26 Oktyabr 2026
1
21:05 / 26 Oktyabr 2026
377
21:02 / 26 Oktyabr 2026
59
20:56 / 26 Oktyabr 2026
60
20:30 / 26 Oktyabr 2026
69
20:26 / 26 Oktyabr 2026
69
20:17 / 26 Oktyabr 2026
70
20:07 / 26 Oktyabr 2026
88
19:57 / 26 Oktyabr 2026
63
19:43 / 26 Oktyabr 2026
88
19:17 / 26 Oktyabr 2026
75
19:00 / 26 Oktyabr 2026
76
18:47 / 26 Oktyabr 2026
87
18:36 / 26 Oktyabr 2026
104
18:20 / 26 Oktyabr 2026
87
18:10 / 26 Oktyabr 2026
84
17:45 / 26 Oktyabr 2026
184
17:01 / 26 Oktyabr 2026
123
17:00 / 26 Oktyabr 2026
380
16:58 / 26 Oktyabr 2026
84
16:46 / 26 Oktyabr 2026
93
16:42 / 26 Oktyabr 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.