Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Bu ölkə Azərbaycanla sərhədi bağladı - Koronoya görə

SON DƏQİQƏ! Bu ölkə Azərbaycanla sərhədi bağladı - Koronoya görə

SON DƏQİQƏ

1176

27.02.2020, 10:44

Gürcüstan Azərbaycana quru yolla gediş-gəlişə müvəqqəti məhdudiyyətlər tətbiq edib.

Oxu24.com xəbər verir  ki, bu barədə “Report”un yerli bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib.

Qeyd olunub ki, məhdudiyyətin iki həftə ərzində qüvvədə olacağı nəzərdə tutulub.

Səfirlikdən həm də bildirilib ki, hazırda Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasına koronavirus şübhəsi ilə yerləşdirilən şəxslər arasında Azərbaycan vətəndaşlarının olub-olmaması barədə hələ məlumat alınmayıb.

Xatırladaq ki, ötən gün Gürcüstanda koronavirusa ilk yoluxma halı qeydə alınıb. Təhlükəli virus Azərbaycan vasitəsilə İrandan vətənə qayıdan 50 yaşlı Gürcüstan vətəndaşında təsdiq olunub. Onun vəziyyəti hazırda sabit qiymətləndirilir.

Günün təklif olunan videosu: