Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Aprel qazimiz öldü

SON DƏQİQƏ! Aprel qazimiz öldü

SON DƏQİQƏ

631

10.02.2020, 10:45

Aprel döyüşlərində başından ağır qəlpə yaraları almış Qarabağ qazisi Qoşqar Hacıyev vəfat edib. 

Oxu24.com   xəbər verir ki, qazinin qohumlarının yaydığı məlumata əsasən, o, dünən axşam saatlarında dünyasını dəyişib. 

 

Bildirilib ki, axşam vəziyyəti dəyişən qazi həkim müdaxilələrinə baxmayaraq həyatını itirib.

Qeyd edək ki, Qoşqar Hacıyev həm Azərbaycanda, həm də Türkiyədə müalicəsini davam etdirirdi.