AZAL təcili açıqlama yaydı
19 May 2026, 09:59
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
332
09.07.2024, 13:55
Prezident İlham Əliyev Elektron Rəqabət İnformasiya Sisteminin (ERİS) yaradılması haqqında Fərman imzalayıb
Oxu24.com xəbər verir ki, ERİS rəqabət və istehlakçıların hüquqlarının müdafiəsi sahələrində istehlakçıların və bazar subyektlərinin müraciətlərinin (vəsatətlərinin) qəbulunu, emalını, onlara əlavə edilməli olan sənədlərin və ya məlumatların real vaxt rejimində digər dövlət orqanlarından (qurumlarından) sorğu əsasında əldə olunmasını, həmin müraciətlərə (vəsatətlərə) dair qərarların və məlumatların elektron qaydada təqdim edilməsini, habelə qeyd olunan sahələrdə məlumatların istifadəçilər üçün əlçatanlığını təmin edəcək.
ERİS-in sahibi funksiyalarını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, operatoru funksiyalarını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti həyata keçirir. ERİS-in yaradılması və saxlanılması ilə bağlı xərclər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin büdcədənkənar gəlirləri hesabına həyata keçirilir.
Nazirlər Kabineti ERİS haqqında əsasnamənin layihəsini hazırlayıb, altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
İqtisadiyyat Nazirliyi isə altı ay müddətində ERİS-in formalaşdırılmasını həyata keçirməlidir.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq, ERİS-in “Hökumət buludu”nda yerləşdirilməsini təmin etməlidir.
Bundan başqa, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ERİS-i mühafizə olunan telekommunikasiya kanalları ilə təmin etməli və onun təhlükəsizlik meyarları üzrə monitorinqini həyata keçirməli, ERİS-in informasiya təhlükəsizliyinin təmin olunması məqsədilə sahibi və operatoru ilə birlikdə zəruri tədbirlər görməlidir.
17:59 / 10 Sentyabr 2026
14
17:49 / 10 Sentyabr 2026
33
17:25 / 10 Sentyabr 2026
51
17:09 / 10 Sentyabr 2026
58
16:58 / 10 Sentyabr 2026
49
16:32 / 10 Sentyabr 2026
53
16:19 / 10 Sentyabr 2026
55
16:05 / 10 Sentyabr 2026
69
15:50 / 10 Sentyabr 2026
62
15:43 / 10 Sentyabr 2026
70
15:29 / 10 Sentyabr 2026
70
15:09 / 10 Sentyabr 2026
69
14:50 / 10 Sentyabr 2026
67
14:44 / 10 Sentyabr 2026
82
14:38 / 10 Sentyabr 2026
70
14:28 / 10 Sentyabr 2026
74
14:19 / 10 Sentyabr 2026
91
14:11 / 10 Sentyabr 2026
78
13:59 / 10 Sentyabr 2026
98
13:52 / 10 Sentyabr 2026
568
13:49 / 10 Sentyabr 2026
75
13:49 / 10 Sentyabr 2026
212
13:45 / 10 Sentyabr 2026
87
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.