Qaynar xətt:

(+99450) 247 90 86

Ağır qəza baş verib:Yaralılar var

Ağır qəza baş verib:Yaralılar var

SON DƏQİQƏ

377

05.07.2024, 15:12

Lənkəranda baş verən qəzada 4 nəfər xəsarət alıb. Yaralılardan biri reanimasiya şöbəsinə yerləşdirilib.

 

Günorta saatlarında Lənkəran rayonunun Liman şəhərində baş verən qəzada 4 nəfər xəsarət alıb.


Xəsarət alanlar Masallı rayon Gəyəçöl kənd sakinləri 2003-cü il təvəllüdlü Məmmədəli Bahadır oğlu Nəsirov, 1984-cü il təvəllüdlü Aslan Məhərrəm oğlu Abdullayev, 1995-ci il təvəllüdlü Elton İdrak oğlu Nəsirov və Lənkəran şəhər sakini 1982-ci il təvəllüdlü Emin Əlişan oğlu Şükürov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

 

Məmmədəli Nəsirov qapalı kəllə-beyin travması diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

 

Digər xəsarət alanların müalicələri xəstəxanada davam etdirilir.