Xəbər verdiyimiz kimi, ötən gün Bakıda məşhur uşaq bağçasının direktoru saxlanılıb.
Bununla bağlı Oxu24.com-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, sözügedən MMC direktoru barəsində həbs qətimkan tədbiri seçilib.
““Moon Kids” Məhdud Məsuliyyətli Cəmiyyətində yol verilən qanunsuzluqlarla bağlı Nizami rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə MMC-nin direktoru Rüstəmova Havvaxanım İmamət qızı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”.
Məlumata görə, hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
Qeyd edək ki, Havvaxanım Rüstəmova 2023-cü ildə “İlin ən uğurlu iş xanımı” nominasiyasına layiq görülüb.
TƏBİB çoxsaylı işçilər axtarır - VAKANSİYALAR
Şəhidin arvadı və uşaqları oğurlanıblar? - Rəsmi AÇIQLAMA
Qarabağ Universitetinə prorektor vakansiyaları elan olunub
Oxu24.com
ŞƏRHLƏR