Qaynar xətt:

(+99450) 247 90 86

Şəmkirdən dəhşətli xəbər: Ölən var

Şəmkirdən dəhşətli xəbər: Ölən var

SON DƏQİQƏ

592

30.04.2024, 08:57

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şəmkirdə baş vermiş ağır avtomobil qəzasının bəzi təfərrüatları məlum olub.

Oxu24.com-un  məlumatına görə, avtomobil hadisə nəticəsində dünyasını dəyişən 1985-ci il təvəllüdlü Aslan Baris oğlu Kirova məxsus olub.

Nəqliyyat vasitəsini idarə edən isə sürücülük hüququ olan, onun dostu S.Quliyev olub.

“BMW” markalı avtomobilin idarəetmədən çıxaraq dəmir maneə çırpılması nəticəsində dəmir parçası A.Kirovun bədəninə batıb və o, ağır xəsarət alıb.

Onu sıxılı vəziyyətdə qaldığı avtomobildən isə hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin xilasediciləri çıxarıb və təcili tibbi yardım briqadasına təhvil verilib.

Yaralı ağır halda xəstəxanaya aparılsa da, onun artıq dünyasını dəyişdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.