Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Nazim Quliyev yenidən həbs olundu

SON DƏQİQƏ! Nazim Quliyev yenidən həbs olundu

SON DƏQİQƏ

374

26.04.2024, 19:17

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Özünü İdeal partiyasının rəhbəri kimi təqdim edən, eyniadlı saytın rəhbəri Nazim Quliyev həbs edilib.

 

Oxu24.com   qafqazinfo-ya istinadən xəbər verir ki, N.Quliyev iki nəfərə qarşı dələduzluqda ittiham olunur.

 

O, Daxili İşlər Nazirliyinin( DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın qərarı ilə N.Quliyev haqda 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Nazim Quliyev 2009-cu ildə rüşvət almaqda, hədə-qorxu ilə tələb etməkdə və digər cinayət əməllərində təqsirli bilinərək 13 il 3 ay müddətinə azadlıqdan məhrum edilib, 11 il sonra - 2020-ci ildə azadlığa buraxılıb.