Ərdoğan Azərbaycana gəlir
05 Noyabr 2026, 12:41
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
483
18.01.2022, 18:26
Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayev uzun fasilədən sonra ilk dəfə ekran qarşısına çıxıb.
O, rəsmi “Youtube” kanalında videomüraciət yayımlayıb.
Nazarbayev ölkədəki etirazlara toxunaraq, deyib ki, Qazaxıstana qarşı təşkil edilən bu iğtişaşların və hücumların məqsədi ölkənin bütövlüyünü və dövlətin əsaslarını məhv etmək olub: “Baş verən faciə hamımız üçün dərs oldu. Bu göstərdi ki, müstəqilliyi qorumaq lazımdır. Bütün bu qırğınların və iğtişaşların kimin təşkil etdiyini öyrənmək zəruridir. İstintaq bu suala cavab verəcək”.
Nazarbayev KİV-də yayılan xəbərlərə və çoxsaylı müraciətlərə aydınlıq gətirib.
O, bildirib ki, 2019-cu ildə prezident səlahiyyətlərini Kasım-Jomart Tokayevə təhvil verib: “O vaxtdan təqaüdçüyəm. Hazırda Qazaxıstanın paytaxtında istirahət edirəm və heç bir yerə getməmişəm. Prezident Kasım-Jomart Tokayev tam səlahiyyətlərə malikdir. O, Təhlükəsizlik Şurasının sədridir. Yaxın günlərdə prezident “Nur Otan” Partiyasının sədri seçiləcək. Ona görə də ölkənin siyasi elitasında heç bir münaqişə və qarşıdurma yoxdur. Bu mövzuda şayiələr tamamilə əsassızdır”.
“Mən 30 il yorulmadan vətənimiz naminə çalışmışam. Biz onun sərhədlərini möhkəmləndirmişik. İslahatlar aparmışıq. Bir yerdə müstəqil Qazaxıstan qurmuşuq. Sosial-iqtisadi inkişafda böyük uğurlara nail olmuşuq. Ölkəmiz dünyada hörməti və yeri olan dövlətdir. Ölkədə sabitlik həmişə mənim üçün birinci dərəcəli məqsədim olub. Biz bu böhrandan hökmən çıxacağıq. Prezident yeni islahatlar paketini irəli sürüb. Bu proqramı dəstəkləmək lazımdır. Əziz həmvətənlər, hakimiyyətdə olarkən yeritdiyim kursu dəstəklədiyniziə görə sizə minnətdarlığımı bildirirəm”.
Sabiq prezidentin çıxışının montaj olunması hiss olunub.
13:48 / 05 Noyabr 2026
33
13:41 / 05 Noyabr 2026
56
13:20 / 05 Noyabr 2026
103
13:12 / 05 Noyabr 2026
132
13:02 / 05 Noyabr 2026
224
13:00 / 05 Noyabr 2026
151
12:56 / 05 Noyabr 2026
98
12:51 / 05 Noyabr 2026
97
12:41 / 05 Noyabr 2026
331
12:40 / 05 Noyabr 2026
103
12:39 / 05 Noyabr 2026
91
12:36 / 05 Noyabr 2026
141
12:27 / 05 Noyabr 2026
490
12:26 / 05 Noyabr 2026
90
12:16 / 05 Noyabr 2026
581
12:14 / 05 Noyabr 2026
87
12:11 / 05 Noyabr 2026
83
12:00 / 05 Noyabr 2026
91
11:48 / 05 Noyabr 2026
112
11:46 / 05 Noyabr 2026
112
11:42 / 05 Noyabr 2026
137
11:34 / 05 Noyabr 2026
605
11:32 / 05 Noyabr 2026
284
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.