İran ABŞ-ı danışıqlarla bağlı saxta xəbərlər yaymaqda ittiham edib
10 Noyabr 2026, 04:34
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1336
29.10.2021, 13:31
Prezident İlham Əliyev ""Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin bəzi müəssisələrinin və balansında olan obyektlərin özəlləşdirilməsi haqqında" Sərəncam imzalayıb.
Oxu24.com xəbər verir ki, Sərəncam dövlətin idarəetməsində olan müəssisələrin inkişaf etdirilməsi, onların fəaliyyətinin səmərəliliyinin artırılması və özəl investisiyalar hesabına canlandırılması məqsədilə qərara alınıb.
Sərəncama əsasən, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin aşağıdakı müəssisələri və balansında olan obyektlər özəlləşdirilməyə açıq elan ediliblər:
- bu Sərəncamın əlavəsində göstərilən hüquqi şəxslər;
- siyahısı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Cəmiyyətlə razılaşdırılmaqla müəyyən edilən əmlak kompleksləri və qeyri-yaşayış binaları (torpaq sahələri ilə birlikdə), qeyri-yaşayış sahələri.
Müəyyən edilib ki, bu Sərəncamın 1-ci hissəsi ilə özəlləşdirilməyə açıq elan edilmiş müəssisə və obyektlərin:
- özəlləşdirilməsi üsulları barədə qərarları, onların xüsusiyyətləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın (bundan sonra – Dövlət Proqramı) 4.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi qəbul edir;
- özəlləşdirilməsində yerli investorlarla yanaşı xarici investorların da iştirakına icazə verilir.
İqtisadiyyat Nazirliyi müəssisə və obyektlərin özəlləşdirilməsini Dövlət Proqramına uyğun olaraq həyata keçirməlidir.
Nazirlik özəlləşdirmə prosesində müəssisə və obyektlərin investorlar üçün cəlbediciliyinin artırılması məqsədilə məsləhətçi və qiymətləndirici şirkətlər cəlb etməklə onların restrukturizasiyasını (birləşdirilməsi, bölünməsi və digər səmərəli formada yenidən təşkili) təmin etsin, habelə borclarının restrukturizasiyasına və ya silinməsinə (dondurulmasına) dair təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.
Həmçinin bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Cəmiyyət isə müəssisə və obyektlər özəlləşdirilənədək onların idarə olunmasını və əmlakının qorunub saxlanılmasını təmin etməli və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Cəmiyyətin özəlləşdirilməyə açıq elan edilən müəssisələrinin siyahısı aşağıdakılardır:
1. “ASK Şüşə” Məhdud Məsuliyyətli Cəmiyyəti;
2. “ASK Ayaqqabı Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyəti;
3. “Azəripək” Məhdud Məsuliyyətli Cəmiyyəti;
4. “ASK Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyəti;
5. “ASK İzolit” Məhdud Məsuliyyətli Cəmiyyəti;
6. “ASK Şəki SES” Məhdud Məsuliyyətli Cəmiyyəti;
7. “ASK Şəki Şərab” Məhdud Məsuliyyətli Cəmiyyəti.
Operativ Qərargah rəsmisindən sərt qapanma ehtimalı ilə bağlı AÇIQLAMA - VİDEO
09:50 / 10 Noyabr 2026
6
09:46 / 10 Noyabr 2026
28
09:35 / 10 Noyabr 2026
60
09:26 / 10 Noyabr 2026
109
09:19 / 10 Noyabr 2026
88
08:56 / 10 Noyabr 2026
153
08:46 / 10 Noyabr 2026
146
08:42 / 10 Noyabr 2026
976
05:37 / 10 Noyabr 2026
147
05:27 / 10 Noyabr 2026
231
04:34 / 10 Noyabr 2026
149
04:12 / 10 Noyabr 2026
211
02:34 / 10 Noyabr 2026
178
02:02 / 10 Noyabr 2026
164
01:30 / 10 Noyabr 2026
420
01:19 / 10 Noyabr 2026
572
01:00 / 10 Noyabr 2026
252
00:25 / 10 Noyabr 2026
1253
00:20 / 10 Noyabr 2026
170
00:14 / 10 Noyabr 2026
559
00:08 / 10 Noyabr 2026
169
23:52 / 09 Noyabr 2026
312
23:52 / 09 Noyabr 2026
2740
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.