İran ABŞ-ı danışıqlarla bağlı saxta xəbərlər yaymaqda ittiham edib
10 Noyabr 2026, 04:34
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
496
27.10.2021, 23:03
İran İslam Respublikasının Ermənistandakı səfiri Abbas Bədəxşan Zohuri yerli “Tasnim” agentliyinə müsahibəsində gözlənilmədən bildirib ki, Azərbaycanla sərhədi keçən və sonra Ermənistana gedən İrana məxsus hər bir yük maşını üçün gediş haqqı tələbi Rusiya, Azərbaycan və Ermənistan arasında ötən il imzalanmış üçtərəfli sazişə ziddir.
Sənədin mətninə bir daha nəzər salınsa və xüsusən də İran haqqında, yaxud İranı Ermənistanla birləşdirən, Azərbaycan sərhədindən keçən dövlətlərarası yol haqqında bir kəlmə də olmadığı nəzərə alınarsa bəyanat çox qəribədir.
Eyni zamanda, İran səfiri qeyd edir ki, yol son üç onillikdə istifadə olunub və Azərbaycan torpaqlarının işğal altında olduğu bütün dövrlərdə Ermənistana rüsumlar ödənilib. Yəni yük maşınları Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisindən keçsə də, gəlir Ermənistan xəzinədarlığına girib, Tehran isə bundan narahat olmayıb. Hazırda sərhəd və yol Azərbaycanın nəzarətindədir, beynəlxalq hüquq Bakının tərəfindədir, ona görə də tranzit rüsumları ödənilməlidir. Əgər xoşunuza gəlmirsə, onda istifadə etməyin.
Kanal.az xəbər verir ki, rusiyalı iqtisadçı, Avrasiya üzrə ekspert Aleksandr Razuvayev oxu.az-a müsahibəsində qeyd edib ki, tranzit rüsumları demək olar ki, bütün ölkələrdə qəbul edilir.
“Əvvəllər müəyyən şərtlər var idi, lakin Azərbaycan öz sərhədlərinə nəzarəti bərpa etdikdən sonra onlar dəyişdi. İran tərəfi reallıqdan çıxış etməlidir. Əgər Tehran hesab edirsə ki, pul ödəməməlidir, bu, onun problemidir. Seçim də var: yoldan istifadə etməyin, heç kim buna məcbur etmir ki…”
“Tranzit dayanacağı təqdirdə (İran-Ermənistan yolunda – red.) Azərbaycan heç nə itirməyəcək. Bəs İrana nə qədər ziyan dəyəcək? Ötən ilin noyabrın 10-da verdiyi bəyanatda İranın adı çəkilməyib. Tranzit üçün ödəniş, normal praktikadır. Vəziyyət, bir daha deyirəm, dəyişib, ödəniş olmalıdır, bu səbəbdən gəlir daha az olacaq. Aydındır ki, hələ İrandan qaçaqmalçılıq məsələsi də var, amma hesab edirəm ki, iranlılar bunun artıq olmayacağı ilə barışmaq məcburiyyətindədirlər”, – deyə Aleksandr Razuvaev sözlərini yekunlaşdırıb.
10:17 / 10 Noyabr 2026
1
10:15 / 10 Noyabr 2026
11
10:10 / 10 Noyabr 2026
21
09:50 / 10 Noyabr 2026
92
09:46 / 10 Noyabr 2026
73
09:35 / 10 Noyabr 2026
104
09:26 / 10 Noyabr 2026
136
09:19 / 10 Noyabr 2026
104
08:56 / 10 Noyabr 2026
187
08:46 / 10 Noyabr 2026
172
08:42 / 10 Noyabr 2026
1527
05:37 / 10 Noyabr 2026
153
05:27 / 10 Noyabr 2026
247
04:34 / 10 Noyabr 2026
154
04:12 / 10 Noyabr 2026
216
02:34 / 10 Noyabr 2026
180
02:02 / 10 Noyabr 2026
166
01:30 / 10 Noyabr 2026
427
01:19 / 10 Noyabr 2026
588
01:00 / 10 Noyabr 2026
256
00:25 / 10 Noyabr 2026
1312
00:20 / 10 Noyabr 2026
171
00:14 / 10 Noyabr 2026
582
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.