Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
60082
az

1 ölkə, 2 prezident: Tatarıstan Kremlin istəyini RƏDD ETDİ

21:5125 Oktyabr, 2021
489
SİYASƏT
  • A

Tatarıstanla Moskvadakı federal mərkəz arasında səlahiyyət bölgüsü uğrunda mübarizə davam edir.

OXU24.COM xəbər verir ki, Tatarıstan prezident postunu ləğv etməkdən imtina edib.

Ölkə parlamenti “Rusiya Federasiyasının subyektlərində ictimai hakimiyyətin təşkilinin ümumi prinsipləri” haqqında federal qanuna “yox” deyiblər. Həmin qanunda bütün bölgə və vilayət başçılarına eyni ad – Rusiya Federasiyası subyektinin rəhbəri adının verilməsi təklif olunurdu.

Deputat Pavel Kraşennikov və senator Andrey Klişasın təklif etdiyi qanun layihəsi həmçinin, subyekt rəhbərlərinin 2 müddətdən artıq rəhbər seçilməsinə icazə verir.

“Qanunun ayrı-ayrı hissələri Rusiyanın federativ hüquq dövlət olması barədə konstitusiya təsbiti ilə ziddiyyət təşkil edir”, -deyə Tatarıstan parlamentinin dövlət quruculuğu komitəsinin sədri Albert Xabibullin açıqlama verib.

O, məsələnin Dövlət Dumasının birinci oxunuşunda qəbul olunacağı halda müzakirələrə geri dönəcəklərini əlavə edib.

Rusiyanın 12 subyektindən 11-i 2010-cu ildə dövlət başçısını prezident adlandırmaqdan imtina edib. Bu addımı ilk olaraq, Çeçenistan rəhbəri Ramzan Kadırov atmışdı. O, “ölkədə yalnız 1 prezident olmalıdır”- deyə bu addan imtina etmişdi. Hazırda yalnız Tatarıstan regionun başçısını prezident adlandırır. Hazırda Tatarıstana Rüstəm Minnixanov başçılıq edir. O, 2025-ci ilə qədər Tatarıstan prezidenti qalacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putinlə görüşmək üçün Moskvaya gələn Avropa lideri kimdir?
Peskov Putinin Yeni il tətili ilə bağlı planlarını açıqladı
Fransanın Baş nazirinin reytinqi tarixi minimuma endi

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ