Baş nazirin müavini kimi ilk dəfə COP31-də çıxış etdi
12 Noyabr 2026, 10:36
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
18325
10.05.2021, 20:24
"Bəzən buradan dünyanın o başında yerləşən ölkələr bizim münaqişə ilə bağlı, yaxud da ki, Azərbaycanda gedən proseslərlə bağlı bəyanatlar verirlər. Bu, qəbuledilməzdir. Məsələn, mən Kanadanı misal gətirə bilərəm. Bu yaxınlarda mənə məlumat verildi ki, Kanadanın Xarici İşlər Nazirliyi Azərbaycanla, bizim daxili işlərimizlə bağlı bəyanat verir. Nə haqqı var? Kim buna belə bir haqq verib? Özünü nə sayır Kanada? Bəlkə bu, superdövlətdir biz bilməmişik. Bu, bəlkə ikinci Lüksemburqdur, ikinci superdövlət yaranıb, bunu bilməmişik. Otursun öz işləri ilə məşğul olsun"
Oxu24.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində söyləyib.
Fransa Xarici İşlər Nazirliyinin bəyanatını da rədd etdiyini bildirən dövlət başçısı deyib: “Biz dəfələrlə Fransa tərəfinə öz iradlarımızı bildirmişik ki, əl çəkin bizdən. Gedin, öz işlərinizlə məşğul olun.
Yoxsa Fransa Senatının sədri gəlir İrəvana, orada bəyanat verir ki, Fransa Senatı Dağlıq Qarabağı tanıyacaq. Biz Fransanın hökumət orqanlarına bu məsələ ilə müraciət edəndə, öz etirazımızı bildirəndə bizə deyirlər ki, fikir verməyin, bu, qanunvericilik orqanıdır, hakimiyyətin mövqeyini əks etdirmir.
Yaxşı, bəs Xarici İşlər Nazirliyi, o da hökumətin mövqeyini əks etdirmir? Bu nə bəyanatlardır? Getsinlər, öz işləri ilə məşğul olsunlar”.
10:45 / 12 Noyabr 2026
13
10:39 / 12 Noyabr 2026
39
10:36 / 12 Noyabr 2026
38
10:27 / 12 Noyabr 2026
127
10:20 / 12 Noyabr 2026
56
10:18 / 12 Noyabr 2026
64
10:05 / 12 Noyabr 2026
148
09:51 / 12 Noyabr 2026
76
09:48 / 12 Noyabr 2026
79
09:42 / 12 Noyabr 2026
187
09:36 / 12 Noyabr 2026
88
09:22 / 12 Noyabr 2026
603
08:13 / 12 Noyabr 2026
204
08:05 / 12 Noyabr 2026
67
07:20 / 12 Noyabr 2026
132
03:10 / 12 Noyabr 2026
154
01:25 / 12 Noyabr 2026
274
00:55 / 12 Noyabr 2026
247
00:43 / 12 Noyabr 2026
154
00:35 / 12 Noyabr 2026
454
00:33 / 12 Noyabr 2026
142
00:27 / 12 Noyabr 2026
163
00:24 / 12 Noyabr 2026
194
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.