Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ bütün dünyanı sanksiyalarla hədələdi

2018-08/1535089824_hizer_noyert.jpg

SİYASƏT

1038

24.08.2018, 09:49

\"\" ABŞ Rusiyadan S-400 “Triumf” zenit-raket komplekslərinin alınmasına görə bütün dünyaya sanksiyaların tətbiqini istisna etmir. Oxu24.com “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert bildirib.
O həmçinin zenit-raket komplekslərinin Ankaraya çatdırılmasının mümkün sürətləndirilməsi ilə əlaqədar Vaşinqtonun narahat olduğunu qeyd edib. “Əgər belə olsa, bu bizi narahat edəcək. Türkiyə kimi NATO üzrə müttəfiqin S-400 komplekslərindən istifadə etməsi bizim siyasətimizə ziddir”, - Noyert deyib. Qeyd edək ki, S-400 komplekslərinin çatdırılması haqqında Moskva və Ankara arasında razılaşma 2017-ci ildə imzalanıb. ABŞ müqavilə ilə bağlı narazılığını dəfələrlə ifadə edib və Türkiyəni sanksiyalarla, həmçinin F-35 beşinci nəsil Amerika qırıcılarının çatdırılmasının qadağan edilməsi ilə hədələyib. ABŞ-ın təhdidlərinə cavab olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara S-400-dən imtina etməyəcək və F-35-lərin əldə edilməsinə qadağa tətbiq olunacağı halda, Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edəcək. “Rosoboroneksport” S-400 üzrə müqavilənin icrasına 2019-cu ildə başlamağı planlaşdırır. Türkiyədən başqa, Hindistan da tezliklə Rusiyadan S-400-ləri əldə edə bilər.