Daxili işlər naziri Vilayət Eyvazov idarə rəislərinə müvafiq tapşırıqlar verib
12 Noyabr 2026, 23:24
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
889
26.03.2026, 17:44
Lənkəranda avtomobil 4 yaşlı uşağı vurub.
Oxu24.com xəbər verir ki, hadisə Nərimanabad qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini idarə etdiyi "VAZ-2106" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən 4 yaşlı A.M.-nı vurub. Sürücü dərhal azyaşlını avtomobillə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çatdırıb.
Ağır vəziyyətdə olan uşağa ilkin tibbi xidmətlər göstərilib və reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxananın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayev APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Lənkəran rayonu Nərimanabad qəsəbəsi ərazisində piyadavurma hadisəsi səbəbi ilə 2022-ci il təvəllüdlü azyaşlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Ona travmatik şok, qapalı kəllə-beyin travması, sağ alın nayihəsinin açıq yarası, hematoma diaqnozları təyin olunub.
Azyaşlının vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, hadisə baş verən vaxt uşağın anası marketə gedib. Qonşu uşağı parkda gəzdirmək üçün anası ilə əlaqə saxlayıb. Ananın razılığından sonra o, uşağı evdən götürüb gəzintiyə aparıb.
Faktla bağlı araşdırma aparılır.
23:24 / 12 Noyabr 2026
14
23:20 / 12 Noyabr 2026
33
23:18 / 12 Noyabr 2026
38
23:12 / 12 Noyabr 2026
40
23:03 / 12 Noyabr 2026
57
23:02 / 12 Noyabr 2026
121
22:59 / 12 Noyabr 2026
57
22:55 / 12 Noyabr 2026
70
22:49 / 12 Noyabr 2026
75
22:40 / 12 Noyabr 2026
64
22:24 / 12 Noyabr 2026
123
22:21 / 12 Noyabr 2026
82
22:13 / 12 Noyabr 2026
96
21:55 / 12 Noyabr 2026
89
21:39 / 12 Noyabr 2026
99
21:26 / 12 Noyabr 2026
1049
21:19 / 12 Noyabr 2026
108
21:04 / 12 Noyabr 2026
104
20:55 / 12 Noyabr 2026
253
20:42 / 12 Noyabr 2026
136
20:26 / 12 Noyabr 2026
142
20:14 / 12 Noyabr 2026
122
20:08 / 12 Noyabr 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.