Qaynar xətt:

(+99450) 247 90 86

Yeni virus YAYILIR: COVİD-dən də təhlükəlidir – Azərbaycan da risk altında?

Yeni virus YAYILIR: COVİD-dən də təhlükəlidir – Azərbaycan da risk altında?

CƏMİYYƏT

841

26.03.2026, 18:25

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İngiltərədə son günlər meningokok infeksiyası ilə bağlı yayılan xəbərlər dünya mətbuatının diqqət mərkəzinə çevrilərək ciddi rezonans doğurub. Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyinin (UKHSA) Kent bölgəsində, xüsusilə Kenterberi ətrafında ilkin olaraq 34 yoluxma halı qeydə alması, daha sonra isə laborator yoxlamalarla 23 halın təsdiqlənməsi epidemik riskləri yenidən gündəmə gətirib.

Hər nə qədər yoluxma sayı kütləvi xarakter daşımasa da, meningokok infeksiyasının son dərəcə sürətli inkişafı, beyin qişalarının iltihabı (meningit) və qanın zəhərlənməsi (sepsis) kimi ağır fəsadlara yol açması mütəxəssislərdə ciddi narahatlıq yaradır. Simptomların qəfil başlaması — yüksək hərarət, boyun sərtliyi, şüur bulanıqlığı və dəri səpgiləri — bu xəstəliyi fərdi hallarda koronavirusdan daha təhlükəli edir. Lakin bu təhlükənin Azərbaycan üçün nə dərəcədə real olması və yenidən COVID-19 dövründəki kimil kütləvi qapanmaların yaşanıb-yaşanmayacağı sualı cəmiyyətdə maraq doğuran əsas məqamdır.

 Oxu24.com xəbər verir ki  məsələ ilə bağlı NOCOMMENT.az-a danışan infeksionist Mərdan Əliyev qeyd edib ki, meningokok infeksiyası mövsümi xarakter daşısa da və vaxtaşırı lokal alovlanmalar yaratsa da, onun pandemiya potensialı koronavirusla müqayisə edilə bilməz: “Meningokok infeksiyası hava-damcı yolu ilə keçən, lakin xarici mühitə çox davamsız olan bir törədicidir. Bu xəstəliyin yayılması üçün çox yaxın və uzunmüddətli təmas tələb olunur. İngiltərədəki hadisə lokal bir alovlanmadır və bu, adətən qapalı kollektivlərdə, tələbə yataqxanalarında və ya hərbi hissələrdə baş verir. Ona görə də, bu infeksiyanın koronavirus kimi sürətlə bütün dünyaya yayılması və qlobal bir pandemiya halına gəlməsi ehtimalı olduqca aşağıdır”.

O, bildirib ki, Azərbaycan üçün hazırda hər hansı ciddi təhlükə və ya kütləvi qapanma təhlükəsi gözlənilmir:

“Bizdə bu infeksiyaya qarşı epidemioloji nəzarət mexanizmləri mövcuddur. Koronavirusda olduğu kimi şəhərlərin bağlanması, küçəyə çıxma qadağalarının tətbiqi meningokok infeksiyası üçün xarakterik deyil. Çünki bu xəstəlik kütləvi yoluxuculuq qabiliyyətinə görə respirator viruslardan geri qalır. Azərbaycan vətəndaşları üçün əsas tövsiyə odur ki, xaricdən gələn şəxslərlə yaxın təmasda ehtiyatlı olsunlar və xüsusilə uşaqlarda qəfil başlayan yüksək hərarət və səpgi müşahidə edildikdə dərhal həkimə müraciət etsinlər. Profilaktik tədbir kimi isə risk qruplarına vaksinasiya tövsiyə olunur, lakin ümumi ölkə səviyyəsində bir həyəcan təbili çalmağa əsas yoxdur”.

Mir Şahin: Efirdə və həyatda Vətən və Dövlət adamı  

21:55 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Mir Şahin: Efirdə və həyatda Vətən və Dövlət adamı  

87

0
Bölgələrdə maaşlar niyə fərqli hesablanır? — İqtisadçı SƏBƏBİ AÇIQLADI  

21:39 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bölgələrdə maaşlar niyə fərqli hesablanır? — İqtisadçı SƏBƏBİ AÇIQLADI  

95

0
Türkiyədən acı xəbər: Hərbçilər həlak oldu

21:26 / 12 Noyabr 2026

DÜNYA DÜNYA

Türkiyədən acı xəbər: Hərbçilər həlak oldu

1027

0
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub 

21:19 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub 

107

0
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb

21:04 / 12 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb

101

0
Məşhur sənətçi uzun müddətdən sonra səhnəyə qayıdır -FOTOLAR

20:55 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Məşhur sənətçi uzun müddətdən sonra səhnəyə qayıdır -FOTOLAR

213

0
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB2 

20:42 / 12 Noyabr 2026

SİYASƏT SİYASƏT

Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB2 

136

0
Nəvəsinin andiçməsindən sonra itkin düşən babanın meyiti tapıldı

20:26 / 12 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Nəvəsinin andiçməsindən sonra itkin düşən babanın meyiti tapıldı

142

0
Balakəndə kişi müəmmalı şəkildə öldü 

20:14 / 12 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Balakəndə kişi müəmmalı şəkildə öldü 

120

0
Maaşlarla bağlı AÇIQLAMA 

20:08 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Maaşlarla bağlı AÇIQLAMA 

125

0
Züriyə Qarayeva: COP31 Azərbaycan və Türkiyənin diplomatik imkanlarını genişləndirən strateji platformadır  

20:05 / 12 Noyabr 2026

SİYASƏT SİYASƏT

Züriyə Qarayeva: COP31 Azərbaycan və Türkiyənin diplomatik imkanlarını genişləndirən strateji platformadır  

190

0
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO

19:59 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO

115

0