Daxili işlər naziri Vilayət Eyvazov idarə rəislərinə müvafiq tapşırıqlar verib
12 Noyabr 2026, 23:24
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
759
26.03.2026, 17:53
Milli Məclisinin sabiq millət vəkili, yəhudi əsilli mərhum deputat Yevda Abramovun genetik mənşəyi məlum olub.
Oxu24.com Modern.az-a istinadla xəbər verir ki, bunu genetik tədqiqatçı, DNT layihəsinin administratoru Orxan Xansuvar bildirib.
Aparılan analizlərə əsasən, Yevda Abramovun Y-DNT nümunəsi J1 haploqrupunun Z18271 subkladının ZS2458 qoluna aid edilib. Bu yolla Yevda Abramovun ata xətti üzrə təxminən 1000-1400 il əvvəl İraq ərazisində Kohen nəslinə mənsub olan iki müxtəlif yəhudi nəsli ilə əlaqəli olduğu üzə çıxıb.
Bu genetik göstəricinin Musa peyğəmbərin böyük qardaşı, Harun peyğəmbərin soyundan gələn şəxslərdə müşahidə olunduğu vurğulanır.
Bildirilib ki, test nümunəsi birbaşa Yevda Abramova məxsus olub və fərdi xarakter daşıyır.
Qeyd edək ki, Hz. Harun yəhudi dini ənənəsində peyğəmbər və ilk baş kahin (baş keşiş) hesab olunur. Onun nəslindən gələnlər yəhudilikdə xüsusi dini statusa malik olub və “kohen” adlandırılır.
“Kohen” termini isə Kohen yəhudi dini iyerarxiyasında kahinlər sinfini ifadə edir və bu status ənənəvi olaraq ata xətti ilə nəsildən-nəslə ötürülür.
Qeyd edək ki, Yevda Abramov 1948-ci ildə Quba rayonunun Qırmızı Qəsəbəsində anadan olub. O III, IV və V çağırış Milli Məclisin deputatı seçilib. Sabiq millət vəkili 2019-cu ildə, 71 yaşında vəfat edib.
23:24 / 12 Noyabr 2026
27
23:20 / 12 Noyabr 2026
37
23:18 / 12 Noyabr 2026
41
23:12 / 12 Noyabr 2026
40
23:03 / 12 Noyabr 2026
59
23:02 / 12 Noyabr 2026
129
22:59 / 12 Noyabr 2026
58
22:55 / 12 Noyabr 2026
70
22:49 / 12 Noyabr 2026
79
22:40 / 12 Noyabr 2026
71
22:24 / 12 Noyabr 2026
123
22:21 / 12 Noyabr 2026
82
22:13 / 12 Noyabr 2026
96
21:55 / 12 Noyabr 2026
91
21:39 / 12 Noyabr 2026
99
21:26 / 12 Noyabr 2026
1063
21:19 / 12 Noyabr 2026
109
21:04 / 12 Noyabr 2026
105
20:55 / 12 Noyabr 2026
279
20:42 / 12 Noyabr 2026
136
20:26 / 12 Noyabr 2026
142
20:14 / 12 Noyabr 2026
122
20:08 / 12 Noyabr 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.