Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3978
az

Eldar Əzizov niyə şəhər rəhbərliyinə gətirildi?

09:3726 İyul, 2018
920
SİYASƏT
  • A
 Eldar Əzizovun Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini postuna təyinatı cəmiyyətin böyük əksəriyyəti üçün gözlənilməz oldu. Müvəqqəti də olsa Bakıya rəhbərliyin niyə məhz ona həvalə olunduğu çoxlarını düşündürdü.

 "Yeni Müsavat”ın yazdığına ggörə, Sumqayıt kimi iri şəhərdən Bakının bir rayonuna başçı gətirilmiş E.Əzizov bir növ "vurulmuş” kadrlardan hesab olunurdu. Ona birdən-birə Bakıya rəhbərlik kimi strateji vəzifənin həvalə olunması buna görə ciddi rezonans doğurdu.

Qəzet yazır ki, E.Əzizov şəhər təsərrüfatçılığına yaxından bələd olan, bu sahədə çoxillik təcrübəyə malik azsaylı məmurlardandır. Ölkənin iki ən böyük şəhərinə - Gəncə və Sumqayıta rəhbərlik edib. Bu baxımdan, onun müavin olaraq Bakı təsərrüfatının başına gətirilməsi məntiqli görünür. Digər tərəfdən, Bakı rəhbəri strateji post sayılır.

Ölkə əhalisinin yarıdan çoxu Bakıda yaşayır, iqtisadiyyatın 80 faizdən yuxarısı Bakıda cəmləşib. Əksər dövlət əhəmiyyətli müəssisələr, istehsal obyektləri, təşkilatlar paytaxtdadır. Bu qədər böyük bir təsərrüfatın uzun müddət başçısız olması ciddi çətinliklər yaradır. Ən azı Bakı ərazisində həyata keçirilən demək olar ki, bütün növ tikinti, bərpa və sair təyinatlı işlər üçün paytaxta rəhbərlik edən şəxsin mövqeyini tələb edən minlərlə sənədləşmələr var. Bu baxımdan, BŞİH  başçısı postunun 3 aya qədər boş qalması xeyli problemlər də yaratmışdı.

Bir çox mənbələr E.Əzizovun bir müddət sonra BŞİH rəhbəri postuna təsdiqlənəcəyini proqnozlaşdırırlar. Güman edilir ki, bir neçə aylıq əvəzetmədən sonra Bakıya rəhbərlik tamamən ona həvalə olunacaq. Qeyd etmək yerinə düşər ki, Azərbaycan hakimiyyətində belə təcrübələr çoxdur: kimsə əvvəlcə hansısa vəzifəni əvəzetmə kimi daşıyır, daha sonra ona rəsmən sahiblənir. Bu baxımdan E.Əzizovun bir gün BŞİH başçısı postuna təyinat alması da mümkündür. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Jurnalistlər gəlir vergisindən azad ediləcək- Prezident təsdiqlədi
Prezident 2025-ci ilin dövlət büdcəsini təsdiqlədi
Mehriban Əliyeva     başsağlığı     verdi

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır