Bakıda temperatur 7-8 dərəcə enəcək - Növbəti 3 gün...
15 Noyabr 2026, 10:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2432
25.12.2025, 23:14
Penitensiar sistemdə islahat gündəmi: müstəqil qurum modeli mümkündürmü?
Mövzu ilə bağlı Oxu24.com-a danışan Vəkil Esmira Rzayeva bildirib ki, Penitensiar Xidmətin müstəqil qurum kimi fəaliyyət göstərməsi məsələsi hüquqi baxımdan mümkündür və bu modelə beynəlxalq təcrübədə də rast gəlinir.
Onun sözlərinə görə, əsas məsələ qurumun hansı struktura tabe olmasından daha çox, qanunçuluğun, insan hüquqlarının və şəffaf idarəetmənin təmin edilməsidir.
Hazırda Penitensiar Xidmət Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərir.
Esmira Rzayeva qeyd edib ki, bu qurumun müstəqil status alması üçün bir sıra hüquqi və institusional addımlar atılmalıdır.
Belə ki, Penitensiar Xidmətin müstəqil qurum kimi fəaliyyət göstərməsi üçün:
Müvafiq fərman ilə struktur dəyişikliyi aparılmalı,
Zərurət yarandığı halda “Cəzaların icrası haqqında” qanuna və digər normativ-hüquqi aktlara dəyişikliklər edilməli,
Penitensiar Xidmət müstəqil mərkəzi icra hakimiyyəti orqanı və ya xüsusi statuslu dövlət xidməti kimi təsis oluna bilər.
Vəkil vurğulayıb ki, bu cür islahatlar mərhələli və hüquqi əsaslandırılmış şəkildə həyata keçirilməlidir.
Onun fikrincə, əsas məqsəd struktur dəyişiklikləri deyil, penitensiar sistemdə hüquqi dövlət prinsiplərinin daha effektiv tətbiqinə nail olmaqdır.
Nigarxanım
10:25 / 15 Noyabr 2026
7
10:21 / 15 Noyabr 2026
29
10:18 / 15 Noyabr 2026
33
10:12 / 15 Noyabr 2026
56
09:35 / 15 Noyabr 2026
268
07:35 / 15 Noyabr 2026
100
05:50 / 15 Noyabr 2026
115
01:35 / 15 Noyabr 2026
135
01:10 / 15 Noyabr 2026
145
23:59 / 14 Noyabr 2026
342
23:51 / 14 Noyabr 2026
190
23:47 / 14 Noyabr 2026
203
23:33 / 14 Noyabr 2026
170
23:23 / 14 Noyabr 2026
502
23:16 / 14 Noyabr 2026
167
23:05 / 14 Noyabr 2026
701
23:01 / 14 Noyabr 2026
533
22:28 / 14 Noyabr 2026
1365
22:19 / 14 Noyabr 2026
173
21:55 / 14 Noyabr 2026
177
21:32 / 14 Noyabr 2026
198
21:22 / 14 Noyabr 2026
279
21:11 / 14 Noyabr 2026
1177
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.