Elnur Məmmədov ECO Nazirlər Şurasının iclasında iştirak etmək üçün İslamabada gedib
15 Noyabr 2026, 10:18
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
9730
25.12.2025, 19:06
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələri üzrə icbari tibbi sığorta ödənişləri və dotasiya məbləği üzrə xərclər azaldılıb.
Oxu24.com-un xəbərinə görə, bununla əlaqədar Prezident İlham Əliyevin imzaladığı Fərmanla İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsinə dəyişiklik edilib.
Dəyişikliyə əsasən, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələri üzrə icbari tibbi sığorta ödənişləri və dotasiya məbləği üzrə xərclər 1 720 956 292,00 manatdan 1 642 956 292,00 manata endirilib.
Tibb müəssisələrində kadr potensialının gücləndirilməsi ilə bağlı xərclər 6 000 000,00 manatdan 3 000 000,00 manata, işğaldan azad olunmuş ərazilərdə mobil hospitalların saxlanılma xərcləri 2 500 000,00 manatdan 1 000 000,00 manata endirilib.
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin dərman, sarğı ləvazimatlarının və materiallarının, maddi-texniki bazasının, kadr təminatının və digər xərclərin maliyyələşdirilməsi üçün ayrılan vəsait 464 765 000,00 manatdan 497 765 000,00 manata qaldırılıb. Dərman, sarğı ləvazimatlarının və materiallarının alınması üzrə xərclər isə 200 000 000,00 manatdan 190 000 000,00 manata, tibb müəssisələri üçün ərzaq məhsullarının alınması və təminatı üzrə xərclər 25 000 000,00 manatdan 21 300 000,00 manata endirilib. Tibb müəssisələri üçün zəruri tibbi avadanlıq və inventarın alınması üzrə xərclər 28 000 000,00 manatdan 63 500 000,00 manata, xidməti və xüsusi təyinatlı nəqliyyat vasitələrinin alınması üzrə xərclər 10 000 000,00 manatdan 21 200 000,00 manata qaldırılıb.
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində olmayan tibb müəssisələrinə tibbi xidmətlərə görə sığorta ödənişləri isə 430 000 000,00 manatdan 495 000 000,00 manata yüksəlib. Aptek təşkilatlarına ambulator şəraitdə istifadə olunan dərman vasitələrinə görə sığorta ödənişi 40 000 000,00 manatdan 20 000 000,00 manata enib.
10:25 / 15 Noyabr 2026
7
10:21 / 15 Noyabr 2026
29
10:18 / 15 Noyabr 2026
33
10:12 / 15 Noyabr 2026
56
09:35 / 15 Noyabr 2026
268
07:35 / 15 Noyabr 2026
100
05:50 / 15 Noyabr 2026
115
01:35 / 15 Noyabr 2026
135
01:10 / 15 Noyabr 2026
145
23:59 / 14 Noyabr 2026
342
23:51 / 14 Noyabr 2026
190
23:47 / 14 Noyabr 2026
203
23:33 / 14 Noyabr 2026
170
23:23 / 14 Noyabr 2026
502
23:16 / 14 Noyabr 2026
167
23:05 / 14 Noyabr 2026
701
23:01 / 14 Noyabr 2026
533
22:28 / 14 Noyabr 2026
1365
22:19 / 14 Noyabr 2026
173
21:55 / 14 Noyabr 2026
177
21:32 / 14 Noyabr 2026
198
21:22 / 14 Noyabr 2026
279
21:11 / 14 Noyabr 2026
1177
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.