Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3567
az

Gəncədəki olaylara "şairanə" reaksiya verən Aydın Abbasovun xəyanəti çözüldü... - Sən demə...

10:1711 İyul, 2018
2132
SİYASƏT
  • A
Gəncənin icra başçısı Elmar Vəliyevin güllələnməsi, bu hadisənin ətrafında cərəyan edən motivlər ölkə gündəminin əsas mövzularından biri olmaqda davam edir. Hadisəyə verilən reaksiyalar da müxtəliflik təşkil edir. Bu ərəfədə Gəncənin sabiq deputatı, Abbas Abbasovun oğlu Aydın Abbasovun hadisəyə verdiyi reaksiya xüsusi diqqət çəkdi. Belə ki, sabiq deputat düşmənçilik həddində olduğu Elmar Vəliyevin güllələnməsinə iki bənd şeirlə sevinirmiş kimi münasibət bildirib. Onun facebook-da paylaşdığı bu 2 bənd şeirdə gəncəlilərə xəyanətdən və buna görə cəzadan söz açılır:

“Gəncə xəzinədir əzəl binadan,

Qədir bilməyənə Gəncə qənimdir.

İndi gəncəlilər dursa kənarda,

Hər gələn deyər ki, Gəncə mənimdir.

Gəncəni sevənə Gəncə gencədir,

Ədalət hər şeydən burada öncədir.

Kim etsə xəyanət gəncəlilərə,

Qisməti ya möhnət, ya işgəncədir!"

“Bəs Abbasovlar niyə qəzəblidirlər” sualının cavabını Gəncədə çoxları bilir. Xatırladaq ki, Abbas Abbasov 1992-ci ildən 2006-cı ilədək ölkənin baş nazirinin birinci müavini vəzifəsində çalışıb. Aydın Abbasov isə 2005-2015-ci illərdə Gəncə şəhəri üzrə 37 saylı Nizami seçki dairəsindən iki dəfə deputat olub.

Vəzifədə olduqları müddətdə Abbasovlar ailəsi Gəncədə böyük biznes imperiyasına malik olub. İddialara görə, bura elektrik avadanlıqlarının, tikinti materiallarının istehsalı, onların topdan və pərakəndə satış mərkəzləri, tikinti obyektləri, Türkiyədəki şirkətlərinin filialları daxil idi. Deyilənə görə, bu biznes imperiyası Gəncənin sabiq icra başçısı Eldar Əzizovun dövründə daha da çiçəklənib. Səbəb isə Abbasovlarla sabiq icra başçısı arasındakı yaxşı münasibətlər olub. Belə ki, Abbas Abbasov vəzifəsi dövründə E.Əzizovun vəzifə pillələrində irəliləməsinə dəstək olub, onun şəhərin icra başçısı vəzifəsinə gətirilməsində xüsusi canfəşanlıq edib.

Elmar vÉliyev ile ilgili görsel sonucu

Lakin 2011-ci ilin fevralında Elmar Vəliyev Eldar Əzizovu əvəzlədikdən sonra vəziyyət dəyişməyə, Abbasovların biznes imperiyasına zərbələr dəyməyə başladı. Elə həmin il mətbuatda Abbasovlara məxsus, qiyməti 1,5 milyon manat dəyərləndirilən özəl mülkün yerlə yeksan edildiyi barədə məlumatlar yayıldı. Sonradan məlum oldu ki, həmin mülk Mədəniyyət Nazirliyinin balansında olan “Yaşıl teat”rın binasıdır. Deyilənə görə, Abbas Abbasov mülkünün uçurulduğu barədə ən son xəbər tutub. Olaydan bir neçə gün əvvəl isə Abbasovla Elmar Vəliyev arasında bu məsələ ilə bağlı söhbət olub. İcra başçısı şəhəri abadlaşdıracağını və bu binanın ərazinin görkəmini pozduğunu əsas gətirərək onu sökməkdə qərarlı olduğunu bildirib. Nəticədə tərəflər arasında böyük mübahisə düşüb. Hətta məsələyə dair ölkə rəhbərliyinə də məlumat çatdırılıb. Lakin Vəliyev öz dediyində qalaraq binanı uçurdub.

Aydın Abbasov bu məsələyə münasibət bildirərkən həmin obyektin onlara hər hansı bir formada aid olmadığını demişdi. Əksəriyyət onun açıqlamasının gözlənilən olduğunu bildirirdi. Çünki qanunla deputat bizneslə məşğul ola bilməz. Bu səbəbdən onun mülkün onlara aid olduğunu inkar etmək məcburiyyətində qaldığı deyilirdi.

Bir faktı da qeyd edək ki, “Yaşıl teatr” Gəncədə Qafqazın və Azərbaycanın ən qədim parklarından biri olan “Xan Bağı”nın ərazisində yerləşirdi. Sovet dövründə musiqiçilərin və musiqisevərlərin sevimli konsert məkanına çevrilən teatr 1989-cu ildən fəaliyyətini dayandırmışdı. Beləliklə, şəhərin məşhur “Xan Bağı”nın bir guşəsində yerləşən teatr uzun müddət fəaliyyətsiz qaldığından bərbad vəziyyətə düşmüşdü. Bu isə bağın görkəminə təsirsiz ötüşmürdü.

2006-cı ilin dekabrında mədəniyyət naziri Əbülfəs Qarayev Gəncədə olarkən teatrın binası ilə tanış olmuş və binanın təmir olunması ilə bağlı təkliflər etmişdi. Həmin vaxt mətbuatda yayılan məlumata görə, təmir üçün 500 min ABŞ dolları məbləğində vəsait tələb olunur. Həmin illərdə “Xan Bağı” və onun ətrafındakı binalar təmir edilməsinə baxmayaraq bağın bir guşəsində yerləşən bu bina təmin edilməmiş qaldı. Üstəlik, binanın ətrafı hərbi brezentə oxşar materialla hasarlı vəziyyətdə idi. Binanın hansı səbəbdən təmir edilmədiyi məsələsinə gəldikdə isə iddialar var idi ki, bu bina özəl mülkdür, Abbasovlar tərəfindən özəlləşdirilib.

2013-cü ildə prezident seçkiləri ərəfəsində A.Abbasovun “Milyarderlər İttifaqı” yaradaraq rəsmi Bakıya müxalifət olması hakimiyyətlə münasibətlərini pozdu. Bundan sonra E.Vəliyev Abbasovlarin Gəncədəki dayaqlarını tamamilə çökdürməyə, obyektlərini əlindən almağa, bizneslərini sıfırlamağa başladı.

Digər məlumatlara görə isə 2013-cü ildə Elmar Vəliyevin göstərişi ilə deputat toxunulmazlığı daşımasına baxmayaraq, Aydın Abbasov Gəncə polisi tərəfindən saxlanılıb, təhqirlərə məruz qalıb. Bakının müdaxiləsindən sonra Aydın Abbasov bir daha Gəncəyə ayaq basmamaq şərti ilə sərbəst buraxılıb.

Beləliklə, 2013-cü ildən başlayaraq Abbasovlarla Elmar Vəliyevin münasibətləri düşmənçilik həddinə çatıb. Bu baxımdan Aydın Abbasovun Elmar Vəliyev olayına ironik münasibət bildirməsi təsadüfi deyil... Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Jurnalistlər gəlir vergisindən azad ediləcək- Prezident təsdiqlədi
Prezident 2025-ci ilin dövlət büdcəsini təsdiqlədi
Mehriban Əliyeva     başsağlığı     verdi

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır