Bu ərazidə qaz olmayacaq
26 Oktyabr 2026, 20:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
712
22.04.2020, 18:12
Satıcıların əksəriyyətinin nə qoruyucu maskası, nə də əlcəyi var. Üstəlik, heç bir gigiyena qaydalarına əməl etmədən, satdığı qida məhsullarına toxunur və onu alıcıya satırlar. "Niyə maskan, əlcəyin yoxdur" soruşanda isə müxtəlif bəhanələr deyirlər.
Oxu24.com bildirir ki, mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında süjet yayımlanıb.
Satıcılar: "Maskamız və əlcəyimiz var, sadəcə işləyirik, nəfəs almaq olmur. Bəzən əlcək taxırıq, cırılır sonra atırıq".
Bazardakı mövcud durum alıcıları da narahat edir.
Alıcılar: "Hamımız üçün vacib qaydalardır. Qaydaları da yerinə yetirmək lazımdır".
Mütəxəssislər bu məsələnin tək pandemiya dövründə deyil, hər zaman aktual olduğunu deyir.
İsa Əliyev - Qida mühəndisi: "Biz bilmirik ki, o satıcının səhhəti hansı yerdədir. Onun hər hansısa bir virus problemi varmı və yaxud da ki əli hansı dərəcədə təmizdir? Bunları bilmədiyimiz üçün çox yaxşı olardı ki, bütün satıcılar, qida məhsulu satıcıları əlcək və maskalardan istifadə etsinlər".
Aytən İsmayılzadə - Həkim: "Satıcılar gün ərzində çoxsaylı insanlarla kontaktda olurlar. Onların daşıyıcı olmaq ehtimalı daha yüksəkdir. Ona görə də onlar gigiyena qaydalarına daha düzgün əməl etməlidilər. Maskanı 2 saatdan bir dəyişməlidilər. Əlcəkdən istifadə olunursa, hər müştəridən sonra dezinfeksiya edilməlidir, yaxud dəyişməlidir".
Ramazan Nəbiyev - AQTA-nın sektor müdiri: "Ərzaq məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə, yəni topdan və pərakəndə satış obyektlərində, bazarlarda, yarmarkalarda koronavirusun profilaktikasına dair metodiki göstərişlər işlənib hazırlanmışdır. İstehlakçılar mümkün qədər çatdırılma xidmətindən istifadə etməlidirlər".
AQTA hər kəsi ərzaq məhsullarının satışı obyektlərində tətbiq olunmuş koronavirusla bağlı rejimə əməl etməyə, virusdan qorunmaq üçün tələb olunan qaydalara riayət etməyə çağırır.
20:30 / 26 Oktyabr 2026
26
20:26 / 26 Oktyabr 2026
33
20:17 / 26 Oktyabr 2026
32
20:07 / 26 Oktyabr 2026
67
19:57 / 26 Oktyabr 2026
51
19:43 / 26 Oktyabr 2026
74
19:17 / 26 Oktyabr 2026
67
19:00 / 26 Oktyabr 2026
70
18:47 / 26 Oktyabr 2026
82
18:36 / 26 Oktyabr 2026
96
18:20 / 26 Oktyabr 2026
86
18:10 / 26 Oktyabr 2026
80
17:45 / 26 Oktyabr 2026
167
17:01 / 26 Oktyabr 2026
118
17:00 / 26 Oktyabr 2026
356
16:58 / 26 Oktyabr 2026
83
16:46 / 26 Oktyabr 2026
92
16:42 / 26 Oktyabr 2026
78
16:30 / 26 Oktyabr 2026
115
16:17 / 26 Oktyabr 2026
115
16:08 / 26 Oktyabr 2026
302
15:57 / 26 Oktyabr 2026
102
15:50 / 26 Oktyabr 2026
339
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.