Bir müşavirin vəzifədən gedişi, iki ölkənin münasibətlərinə verilən MESAJ
26 Oktyabr 2026, 20:26
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
2761
10.04.2020, 13:08
“Özəl banklarla məsləhətləşmələr apararaq, xüsusi karantin dövründə vətəndaşların banklara olan kredit borclarının dondurulmasına ehtiyac var”.
Oxu24.com -un məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aydın Mirzəzadə bildirib: “Ölkədə tətbiq olunan sərt sosial izolyasiya tədbirləri ilə əlaqədar əhalinin bank kreditləri üzrə faiz hesablanmasının dondurulması məsələsinə baxılmalıdır”.
Mərkəzi Bankın sədri Elman Rüstəmov isə bildirib ki, bu məsələ müzakirə edilir: “Hazırda bank kreditləri ilə bağlı işlər gedir. Yaxın vaxtlarda bu məsələ ilə bağlı addımlarımızı açıqlayacağıq”.
Deputat Bəhruz Məhərrəmov günəmuzd işləyən vətəndaşların sosial yardıma ehtiyacı məsələsinə toxunub:
“Bizdə daha çox qayğıya ehtiyacı olan insanlar günəmuzd işləyən vətəndaşlardır. Həmin şəxslər həm öz günahları, həm də bəzi qurumların günahı üzündən işsiz kimi də heç yerdə qeydiyyatda deyillər. Bu gün həmin insanlar yardımdan kənarda qalır. Həmin yardım gündəlik 5-10 manat qazanan insan üçün çox vacibdir. Eyni zamanda adına torpaq olan şəxslər də bu yardımdan kənarda qalır. Bu məsələyə də təkrar baxılmalıdır”.
Deputat Ziyafət Əsgərov hökumətə qarşı səsləndirilən müxalif fikirlərə münasibət bildirib:
“Cəmil, Əli, Sevinc və digərləri Azərbaycan xalqının düşmənləridir. Bu gün xalqla hökumətin bir yerdə olması həmin insanlara sərf etmir. Dövlətə bu qədər düşmən kəsilmək olmaz. Hakimiyyətə müxalifət olmaq olar. Parlamentdə də bizim müxalif həmkarlarımız var. Onlar lazım gələndə sözlərini deyir, tənqidlərini edirlər. Ancaq hər şeyin bir əndazəsi olmalıdır. Azərbaycan xalqına düşmən kəsilmiş insanlara qarşı vahid mövqedən çıxış etmək lazımdır. Bu gün hamı çalışmalıdır ki, Prezidentin ətrafında sıx birləşsin, dəmir nizam-intizama nail olaq. Hamı qanuna tabe olmalıdır”.
Siyavuş Novruzov isə deyib ki, həmin şəxslər bu gün iqtidara deyil, dövlətə müxalifdirlər:
“Sevinc Osmanqızı və Cəmil Həsənli utanmasa, deyər ki, koronavirusu Azərbaycan yaradıb. Bu gün o insanların yaşadığı ABŞ koronavirusdan ölümə görə dünyada ikinci yerdədir. Onlar orada hüquq-mühafizə orqanlarının tələblərinə ikiqat tabe olurlar. Ancaq Azərbaycanda istəyirlər ki, insanlar küçəyə çıxsın, daha çox virusa yoluxsun, daha çox insan ölsün. İlana ağı verən Əli Kərimli və Milli Şura var. Digər tərəfdən, görülən hər bir yaxşı işə pis don geyindirməyə onlar nə qədər davam edəcək? Bu gün biz onların hər birini ifşa etməliyik. Onların apardığı siyasət bu gün Azərbaycan xalqının və dövlətinin əleyhinədir. Onlar bu gün iqtidara müxalif deyillər, dövlətə müxalifdirlər”.
Qeyd edək ki, Milli Məclisin növbəti plenar iclaslarının videokonfrans sistemi ilə keçirilməsi gözlənilir.
20:30 / 26 Oktyabr 2026
26
20:26 / 26 Oktyabr 2026
33
20:17 / 26 Oktyabr 2026
32
20:07 / 26 Oktyabr 2026
67
19:57 / 26 Oktyabr 2026
51
19:43 / 26 Oktyabr 2026
74
19:17 / 26 Oktyabr 2026
67
19:00 / 26 Oktyabr 2026
70
18:47 / 26 Oktyabr 2026
82
18:36 / 26 Oktyabr 2026
96
18:20 / 26 Oktyabr 2026
86
18:10 / 26 Oktyabr 2026
80
17:45 / 26 Oktyabr 2026
167
17:01 / 26 Oktyabr 2026
118
17:00 / 26 Oktyabr 2026
356
16:58 / 26 Oktyabr 2026
83
16:46 / 26 Oktyabr 2026
92
16:42 / 26 Oktyabr 2026
78
16:30 / 26 Oktyabr 2026
115
16:17 / 26 Oktyabr 2026
115
16:08 / 26 Oktyabr 2026
302
15:57 / 26 Oktyabr 2026
102
15:50 / 26 Oktyabr 2026
339
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.