Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2691
az

Azərbaycanda deputat həbs oluna bilər: Baş Prokurorluq araşdırma aparır

12:4408 İyun, 2018
1695
SİYASƏT
  • A
 "İqtisad Universiteti ilə bağlı başlanmış cinayət işi üzrə zəruri ilkin dövr üçün araşdırma aparılmalıdır. Həmin araşdırmanın nəticəsində isə təqsirkar şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilər. Faktla bağlı hələ ki, kimin günahkar olduğunu demək olmaz. Bu, aparılmış istintaqın nəticəsindən asılı olacaq”.

Oxu24.com  xəbər verir ki, bu sözləri modern.az-a tanınmış hüquqşünas Adəm Məmmədov İqtisad Universiteti ilə bağlı başlanmış cinayətindən danışarkən deyib.

Hüquqşünas bildirib ki, faktla bağlı konkret şəxsləri məsuliyyətə cəlb etmək üçün yetərli dəlillər toplanmalıdır:

"Və yalnız bundan sonra ayrı-ayrı şəxslərə qarşı cinayət işi başlana bilər. Eyni zamanada, istintaqın  nəticələrindən asılı olaraq konkret şəxslərə qarşı cinayət işi başlamaq və ya  cinayət işini rədd etmək haqqında qərar qəbul edilə bilər. Kimin məsuliyyətə cəld ediləcəyi və ya kimlərin kənarda qalacağı ifadələrdən, dəlillərin əsaslılığı və yetərliliyindən asılı olacaq. Bunun üçün kimlərin məsuliyyətə cəlb olunacağı ilə bağlı açıqlama vermək hələ ki tezdir”.

Adəm Məmmədov qeyd edib ki, əgər istintaq yolu ilə  mötəbər sübutlar İqtisad Universitetinin rəhbərliyinin birbaşa rolunun olmasına yönəlsə, o zaman  Baş prokuror Milli Məclisə Şəmsəddin Hacıyevin mandatdan məhrum edilməsi ilə bağlı təqdimat göndərə bilər:

"Həmin təqdimatın nəticəsinə uyğun olaraq deputat mandatdan məhrum ediləcək və istintaqa cəlb olunacaq. Amma bir daha xatırladıram ki, bütün bunlar aparılmış istintaqın nəticəsindən asılı olacaq”.

Qeyd edək ki, bir müddət əvvəl Hesablama Palatasının Kollegiya iclasında dövlət büdcəsindən Azərbaycan Dövlət İqtisad Universitetinə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair aparılmış auditin nəticələri üzrə Hesabat müzakirə olunub.

Hesablama Palatasının Kollegiyası Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən 2012-2014-cü illərdə təhsil haqqı üzrə daxilolmaların uçotunun aparılması, təhsil haqlarının yığılması və Universitetin bank hesabına köçürülməsi sahəsindəki nöqsanların ciddiliyini, eləcə də təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotdan yayındırılmasını nəzərə alaraq qanunamüvafiq tədbirlərin görülməsi üçün müvafiq materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi barədə qərar qəbul edib.

Həmin qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirinin nəticələri barədə məlumatın Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb. İclasda, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib.

Xatırladaq ki, 2012-2014-cü illərdə İqtisad Universitetinə deputat Şəmsəddin Hacıyev rektorluq edib.

Baş Prokurorluqdan instintaqın gedişi və hansı mərhələdə olduğu barədə yeni məlumat verilməyib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini sərt TƏNQİD ETDİ
Bayramov özbəkistanlı həmkarı ilə vacib məsələləri müzakirə etdi
İlham Əliyev zimbabveli həmkarı ilə görüşdü - Foto

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi