DTX əməliyyat keçirib:Həbs olunan BALAYEV KİMDİR?
26 Oktyabr 2026, 14:06
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
977
16.03.2020, 10:17
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, Baş İdarəyə Ceyhun adlı şəxsin narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirməsi barədə əməliyyat məlumat daxil olub. Həmin şəxsin tutulması istiqamətində keçirilən əməliyyat nəticəsində Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Abışov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 kiloqram 5 qram narkotik vasitə olan heroin və 102,303 qram psixortop maddə metamfetamin aşkar edilib.
C.Abışov ifadəsində qeyd edib ki, narkotik vasitələri Əmir adlı şəxsdən satmaq niyyəti ilə əldə edib. Əməliyyat tədbirlərinin davamı olaraq ona narkotik vasitələri satan paytaxt sakini Əmir Babayev də tutulub. Onun idarə etdiyi “Mersedes ”markalı avtomobilə baxış zamanı külli miqdarda narkotik vasitələr - 1 kiloqram 910 qram tiryək, 30,282 qram heroin və 1 kiloqram 15 qram marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. C.Abışov və Ə.Babayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirəri seçilib əməliyyat tədbirləri davam etdirilir.


20:30 / 26 Oktyabr 2026
26
20:26 / 26 Oktyabr 2026
33
20:17 / 26 Oktyabr 2026
32
20:07 / 26 Oktyabr 2026
67
19:57 / 26 Oktyabr 2026
51
19:43 / 26 Oktyabr 2026
74
19:17 / 26 Oktyabr 2026
67
19:00 / 26 Oktyabr 2026
70
18:47 / 26 Oktyabr 2026
82
18:36 / 26 Oktyabr 2026
96
18:20 / 26 Oktyabr 2026
86
18:10 / 26 Oktyabr 2026
80
17:45 / 26 Oktyabr 2026
167
17:01 / 26 Oktyabr 2026
118
17:00 / 26 Oktyabr 2026
356
16:58 / 26 Oktyabr 2026
83
16:46 / 26 Oktyabr 2026
92
16:42 / 26 Oktyabr 2026
78
16:30 / 26 Oktyabr 2026
115
16:17 / 26 Oktyabr 2026
115
16:08 / 26 Oktyabr 2026
302
15:57 / 26 Oktyabr 2026
102
15:50 / 26 Oktyabr 2026
339
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.