Qəbələdə Prezident İlham Əliyevin Ukrayna Prezidenti ilə geniş tərkibdə görüşü keçirilir
25 Aprel 2026, 12:52
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
622
20.02.2020, 11:06
Azərbaycanda fevralın 9-da keçirilən Milli Məclisə növbədənkənar seçkilərdən sonra Mərkəzi Seçki Komissiyasına daxil olan müraciətlərə baxılır.
Oxu24.com Modern.az-a istinadən xəbər verir ki, seçkilərdən sonra şikayətlərin çoxluğu onlara baxılma prosesini də uzadır. Belə ki, indiyə qədər 4 seçki dairəsinin - 33 saylı Xətai Birinci, 35 saylı Xətai Üçüncü, 74 saylı Lənkəran kənd, 80 saylı İmişli-Beyləqan seçki dairələrinin nəticələri etibarsız sayılıb.
Mərkəzi Seçki Komissiyasına daxil olan şikayətlər əsasında bir çox dairələrdə məntəqələrin nəticələri də ləğv edilib.
Maraqlı sual yaranır, bir çox məntəqənin nəticələri ləğv edildiyi təqdirdə, bu, sonda ümumən dairənin nəticələrinin ləğvinə gətirə bilərmi?
Sualımızı cavablandıran MSK-nın mətbuat katibi Şahin Əsədli bildirib ki, belə bir hal mümkündür:
Həmçinin oxuyun
"Yəni hər hansı dairədə tutaq ki, 5 məntəqənin nəticəsi ləğv edilibsə, ola bilər bu qalibin nəticəsinə təsir etsin. Hətta yenidən hesablamada digər namizədin üstünlük qazanması da baş verə bilər. Amma indiyə qədər ləğv edilən 4 dairədən savayı, heç bir dairədə məntəqələrin ləğv edilməsi, üstünlük qazanan namizədin dəyişməsi ilə nəticələnməyib”.
Ş. Əsədli onu da xatırladıb ki, Seçki Məcəlləsinə əsasən dairə üzrə məntəqələrin 2/5-sinin nəticələri ləğv edilirsə, bu dairə üzrə nəticələr etibarsız sayılır.
13:50 / 25 Aprel 2026
20
13:40 / 25 Aprel 2026
23
13:25 / 25 Aprel 2026
21
13:05 / 25 Aprel 2026
38
12:52 / 25 Aprel 2026
49
12:47 / 25 Aprel 2026
64
12:44 / 25 Aprel 2026
109
12:42 / 25 Aprel 2026
47
12:29 / 25 Aprel 2026
263
12:20 / 25 Aprel 2026
65
12:08 / 25 Aprel 2026
410
11:33 / 25 Aprel 2026
70
11:32 / 25 Aprel 2026
59
11:03 / 25 Aprel 2026
58
11:01 / 25 Aprel 2026
106
10:59 / 25 Aprel 2026
68
10:58 / 25 Aprel 2026
39
01:08 / 25 Aprel 2026
887
00:59 / 25 Aprel 2026
393
00:22 / 25 Aprel 2026
376
23:49 / 24 Aprel 2026
142
23:35 / 24 Aprel 2026
359
23:21 / 24 Aprel 2026
388
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.