Hacıyev çinli nazirlə bu əməkdaşlığı müzakirə etdi
24 Aprel 2026, 22:31
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
655
17.02.2020, 16:58
Fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında panel müzakirələr keçirildi.
Debatda Nikol Paşinyan 1994-cü ilin mayında imzalanan və siyasi leksikona “Bişkek protokolu” adı ilə daxil olan atəşkəs razılaşmasından danışıb.
O, az qala bu razılaşmanı huquqi qüvvəsi olan saziş kimi qələmə verməyə çalışıb.
“Azərbaycan iki dəfə Dağlıq Qarabağla razılaşma imzalayıb. Birincisi, 1994-cü ildə oldu. Bu, Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan arasında atəşkəs sazişi idi. Müdafiə nazirləri onu imzaladılar. Üç aydan sonra - 1994-cü ilin iyulunda onlar təsdiqlədilər ki, atəşkəs münaqişənin siyasi həllinə qədər qorunub saxlanılacaq”, - deyə N.Paşinyan əlavə edib.
Bu bəyanat ənənəvi erməni təbliğat maşınının tərkib hissəsidir. Birincisi, həmin sənədin heç bir hüquqi qüvvəsi yoxdur.
Həmin razılaşmanın əldə olunması istiqamətində aparılmış danışıqlarda iştirak edən ATƏT-in Minsk Qrupunun ozamankı həmsədri Vladimir Kazimirov özü də bunu etiraf edir.
Kazimirov xatirələrində yazır ki, bu sənəd hüquqi xarakter daşımır. Onun sözlərinə görə, sənəd tərəflər üzərinə öhdəliklər qoymur.
“Buna görə də bu sənəd bir növ siyasi müraciət və ya sülhə çağırış idi. Bakı yalnız onun istəklərinin təsbit olunduğu kağızı imzalamağa razılaşırdı”, - deyə V.Kazimirov xatirələrində yazır.
İkincisi, atəşkəs razılaşması saziş deyil. Sazişlə razılaşmanın fərqləri var.
Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov hesab edir ki, sazişlərdə “alternat” anlayışı var. Alternat eyni səviyyədə imza atan tərəflərdir.
“Burada isə alternat prosedur yoxdur. Deməli, bu, saziş deyil. Düzdür, öhdəliklər götürmüşdük, amma razılaşma səviyyəsində.
Həmçinin oxuyun
Razılaşma ilə sazişin fərqi bundan ibarətdir ki, burada tərəf kimi öhdəlik götürəni hüquqi baxımdan müqabil tərəf kimi qəbul etmirsiniz”, - deyə T.Zülfüqarov müsahibələrinin birində belə deyib.
Ermənistan həmişə “Bişkek protokolu”na istinad edir, amma heç zaman separatçıların tərəf kimi razılaşmaya imza atdığını göstərən bir dənə də sənəd ortaya qoya bilmir.
Azərbaycan heç zaman Dağlıq Qarabağdakı separatçıları tərəf kimi qəbul etməyib. Məhz buna görədir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar formatı Azərbaycan və Ermənistan arasında təşkil edilir.
Bir sözlə, Azərbaycan diplomatiyası bu məsələdə hər hansı səhvə yol verməyib.
Həmin sənədi üçtərəfli saziş kimi təqdim etmək yalnız ermənilərin məqsədyönlü təxribatıdır.
Paşinyanın debatda BMT Təhlükəsizlik Şurasının 884 saylı qətnaməsinə də diqqət çəkib və yenə özünü yalan danışmaqdan saxlaya bilməyib.
“Biz bu sənədə baxdıqda görərik ki, orada yazılıb ki, Azərbaycan atəşkəsi pozub və nəticədə, torpaqlarını itirib”, - deyə Baş nazir bildirib.
Birincisi, Paşinyan “unudur” ki, həmin qətnamədə Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın ərazisi kimi göstərilib.
Qətnamədə Zəngilan rayonu və Horadiz şəhərinin zəbti, mülki əhaliyə hücum və Azərbaycan Respublikası ərazisinin atəşə tutulması pislənilir.
Cənab Paşinyan isə qeyd edir ki, guya atəşkəsi Azərbaycan pozub və torpaqlarını itirib.
Düzdür, qətnamədə, ümumiyyətlə, atəşkəs hallarının pozulması halları pislənilir, amma sənəddə Azərbaycana qarşı hər hansı ittiham yer almayıb.
İllərdir aparılan erməni təbliğatı Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən debata da daşındı. Ancaq Paşinyanın beynəlxalq tribunalarda bu kampaniyanı aparması uğursuzluğa düçar olur.
Belə ki, Paşinyan, ortaya ciddi, tutarlı bir dəlil qoya bilmək qabiliyyətindən məhrumdur.
01:08 / 25 Aprel 2026
137
00:59 / 25 Aprel 2026
158
00:22 / 25 Aprel 2026
175
23:49 / 24 Aprel 2026
58
23:35 / 24 Aprel 2026
177
23:21 / 24 Aprel 2026
195
22:43 / 24 Aprel 2026
258
22:31 / 24 Aprel 2026
70
22:31 / 24 Aprel 2026
197
22:29 / 24 Aprel 2026
76
22:21 / 24 Aprel 2026
78
22:20 / 24 Aprel 2026
210
22:15 / 24 Aprel 2026
1340
22:13 / 24 Aprel 2026
68
22:10 / 24 Aprel 2026
622
22:07 / 24 Aprel 2026
70
22:03 / 24 Aprel 2026
197
22:00 / 24 Aprel 2026
143
21:56 / 24 Aprel 2026
79
21:44 / 24 Aprel 2026
172
21:10 / 24 Aprel 2026
154
20:55 / 24 Aprel 2026
106
20:49 / 24 Aprel 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.